MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə11/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
16 
Elm sahəsinin geniĢlənməsi sayəsində psixolinqvisti-
kanın müxtəlif sahələri meydana gəlmiĢdir. Bunlardan ümumi 
psixolinqvistika, 
xüsusi 
psixolinqvistika, 
sosial 
psixolinqvistika, yaĢ psixolinqvistikasını (ontolinqvistika) 
göstərmək olar. 
Psixologiya elminin əsas sahələri.
Psixologiya çoxsahəli bir 
elmdir. Müasir dövrdə psixologiya elminin nisbətən müstəqil 
Ģəkildə inkiĢaf edən müxtəlif sahələri vardır. Məhz buna görə 
də «psixologiya elmi» deyil «psixologiya elmləri» termininin 
iĢlədilməsi daha çox yerinə düĢərdi. Belə ki, hər 4-5 ildən bir 
psixologiya elminin yeni bir sahəsinin yaranmasının Ģahidi 
oluruq. 
Psixologiyanın çoxsaylı sahələrini təsnif etmək üçün 
müxtəlif prinsiplərdən istifadə olunur. Hər Ģeydən əvvəl 
psixoloji fənnləri fundamental və tətbiqi, ümumi və xüsusi 
olmaqla təsnif etmək mümkündür. 
Psixologiya elminin fundamental və ya baza sahələri 
psixologiyanı və insanların davranıĢını kimliyindən və hansı 
fəaliyyət sahəsində çalıĢmasından asılı olmayaraq hamının baĢa 
düĢəcəyi Ģəkildə Ģərh etməyə yönəldilmiĢ sahələrdir. 
Psixologiyanın bu sahələri psixologiya və insan davranıĢı ilə 
maraqlanan adamların hamısı üçün eyni zəruri məlumatları 
çatdırır. Bu cür universallığından asılı olaraq psixologiyanın 
həmin sahəsi «ümumi psixologiya» adı altında iĢlədilir. 
Psixologiyanın tətbiqi sahələrinə gəldikdə buraya onun 
bilavasitə təcrübəyə tətbiq olunan sahələrini aid edirlər. 
Psixologiyanın ümumi sahələri istisnasız olaraq bütün 
elmi istiqamətlər üçün eyni dərəcədə əhəmiyyətli inkiĢaf 
problemlərini qarĢısına qoyur və həll edir. Psixologiyanın xü-
susi sahələrinə gəldikdə o, öz qarĢısına hər hansı bir və ya bir 
neçə qrup hadisələri öyrənmək məqsədini qoyur. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin