MahirəNərimanqızı


Ümumi psixologiya. Psixologiya  21  tapmıĢdır.  Ġlkin elmi təsəvvürlər



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə16/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   613
 
Ümumi psixologiya. Psixologiya 
21 
tapmıĢdır. 
Ġlkin elmi təsəvvürlər 
(ikinci mərhələ). Bu dövr 
eramızdan əvvəl VII-VI əsrlərdən baĢlayaraq XVIII əsrin 
sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə psixologiya 
elmi fəlsəfənin tərkibində inkiĢaf etmiĢdir. II mərhələnin baĢa 
çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və mövqelər fərq-
lidir. Kimi ilk psixologiya məktəbinin - assosionizmin 
yaranmasıyla (XVIII əsrin sonları), kimi də fəlsəfə və təbiət 
elmlərindən fərqli psixologiya terminlərinin yaranmasıyla 
(XIX əsrin ortaları) II mərhələnin baĢa çatdığını qəbul edir. 
Psixologiyanın inkiĢafının mərhələlərə ayrılması digər 
elmlərdə olduğu kimi Ģərti xarakter daĢıyır. Bəzən psixologiya 
elminin müstəqil elm sahəsi kimi yaranmasını V.Vundtun 
eksperimental 
psixologiya 
laboratoriyasının 
yaranması 
tarixindən götürməyi təklif edənlər də var. Bunlarla yanaĢı 
psixologiyanın müstəqil elm sahəsi kimi daha əvvəlki 
dövrlərdən meydana çıxdığını qəbul edənlər də olmuĢdur. Bu, 
psixologiyanın müstəqil Ģəkildə predmetinin müəyyənləĢməsi, 
humanitar və təbiət elmləri sistemində öz yerini tutması, 
psixikanın daxili və xarici təzahürlərinin eyni vaxtda 
öyrənilməsi ilə bağlıdır. Psixologiyanın müstəqil mövqeyi 
onun bir fənn kimi üniversitetlərdə tədris olunması ilə də 
əlaqələndirilir. Bu isə XVIII əsrin sonu, XIX əsrin əvvəllərinə 
təsadüf edir.
Psixoloqların böyük əksəriyyəti psixologiya elminin 
müstəqil elm sahəsi kimi meydana çıxmasının tarixini XIX 
əsrin ikinci yarısından, eksperimental psixologiyanın 
yaranması tarixindən götürməyi daha düzgün hesab edirlər.
Ġstənilən halda qəbul etmək lazımdır ki, psixologiyanın 
müstəqil elm sahəsi kimi mövcudluğu tarixi onun fəlsəfənin 
tərkibində inkiĢafı tarixindən qat-qat azdır. Təbii ki, fəlsəfənin 
tərkibində olduqda belə bu elm inkiĢaf etmiĢ, onun predmeti, 
məzmunu təkmilləĢmiĢdir. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin