www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
184
sözlə iddia səviyyəsi fərdin qarĢısına qoyduğu məqsədin çətinlik
dərəcəsi
ilə
müəyyən
olunan
Ģəxsiyyətin
arzuolunan
özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
Ġnsan sonra yerinə yetirəcəyi iĢin çətinlik dərəcəsini sərbəst
Ģəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür
konfliktin yaranmasına səbəb olur:
bir tərəfdən maksimum
müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən
uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aĢağı salmaq.
Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha
çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq
zamanı isə iddia səviyyəsini müvafiq Ģəkildə aĢağı salır.
ġəxsiyyətin iddia səviyyəsi konkret
fəaliyyət növündə özünü
aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.
Ġmtahana zəif hazırlaĢmıĢ tələbə 5 qiymət almağa cəhd göstərir və
verilmiĢ 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti
ala bilmədikdə ruhdan düĢməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq
görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq
o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı
artırmaqla yaxĢı qiymət almaq üçün ona neçə misal verilməsini
istədiyini təklif etməklə onun iddia səviyyəsini müəyyənləĢdirmək
mümkündür.
Bu sadə model göstərir ki, Ģəxsiyyət öz iddialarının
səviyyəsini
müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalıĢır. Buna
görə də o, elə tapĢırıq və məqsədlər seçir ki, onlar nə həddindən artıq
çətin, nə də həddindən artıq asan olsun.
AparılmıĢ tədqiqatlar göstərmiĢdir ki, iddia səviyyəsinin
formalaĢması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqcadan
görməklə, həm də hər Ģeydən əvvəl, keçmiĢ
müvəffəqiyyət və
uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan Ģəkildə
nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin
tədris iĢində, dərnəkdə məruzə üçün mövzu, ictimai tapĢırıq və s.
seçərkən iddia səviyyəsinin formalaĢmasını izləmək olar.
Dostları ilə paylaş: