MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə169/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   613
passiv
və 
fəal
olmaqla da təsnif edirlər. Heç bir iĢ 
görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə 
passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla 
Ģəxsiyyətin ümumi inkiĢafına heç bir dəyərli təsir göstərmir. Fəal 
maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, 
bu zaman bizə qüvvə verir, iĢi ruh yüksəkliyilə, axıra qədər davam 
etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına 
müsbət təsir göstərir.
DünyagörüĢü, əqidə və ideallar
. ġəxsiyyətin dərk olunan 
davranıĢ motivləri içərisində dünyagörüĢü, əqidə və idealların da 
özünəməxsus yeri və rolları vardır. 
Dünya və onun qanunauyğunluqları, təbiət və cəmiyyət hadisələri 
haqqında müəyyən baxıĢlar sistemi insanın dünyagörüĢünü təĢkil edir. 
DünyagörüĢünün formalaĢması insanın ona müvafiq davranıĢ tərzini 
həyata keçirməsinə təkan verir. DünyagörüĢü tarixi xarakter daĢıyır. 
Cəmiyyətin inkiĢafı ilə əlaqədar olaraq insanların dünyagörüĢü də 
dəyiĢilir. Ġnsanlar elmi, dini, mütərəqqi, mürtəce, materialist, idealist və 
s. dünyagörüĢünə malik ola bilirlər.
Ġnsanın dünyagörüĢü onun əqidəsinə çevrilə bilir və bu zaman 
Ģəxsiyyətin tamlığını təmin edir.
 Əqidə
– Ģəxsiyyətin onu öz baxıĢlarına, 
prinsiplərinə, dünyagörüĢünə müvafiq olaraq hərəkət etməyə yönəldən 
dərk olunmuĢ tələbatlar sistemidir. Əqidə insana öz həyat yolunu tam 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
181 
aydınlığı ilə müəyyən və təsəvvür etmək imkanı verir, onu Ģərtləndirir.
İdeallar
da Ģəxsiyyətin dərk olunan davranıĢ motivləri hesab 
olunur. Ġdeal insanın nail olmağa can atdığı ən yaxın məqsəddir. BaĢqa 
sözlə, ideallar insanın həyat və fəaliyyətində nail olmağa can atdığı ən 
yüksək məqsəd hesab olunur. Ġdeallar müsbət hissi boyalarla zəngin olur 
və Ģəxsiyyətin istiqamət və fəaliyyətinə aydınlıq, müəyyənlik verir. 
Ġdeallar fəal və passiv ola bilir. Əgər ideallar fəal və həyatidirsə, insanı 
mübarizədə qorxmaz edir, onun iradəsinə möhkəmlik, xarakterinə 
qüvvət bəxĢ edir. 
Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və ya digər 
bir Ģəxsiyyəti özünə ideal qəbul etmək və bununla kifayətlənmək çox 
azdır. Bu, adamın ümumi inkiĢafına heç bir müsbət təsir göstərə bilməz. 
Əsl və həlledici cəhət seçilən idealın fəal olması, mütərəqqi və müsbət 
ideal uğrunda, ona çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə 
malik olmaqdır.

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin