www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
197
Q. Nunkom, M.ġerif və b. tərəfindən istifadə olunmuĢdur.
Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların
üzvü olur. Ayrı- ayrı adamlar
üçün daxil olduğu həmin
qrupların sırası özünəməxsus Ģəkildə, müxtəlif olur. Lakin
bütün hallarda həmin sıranın müəyyənləĢdirilməsi eyni prinsipə
əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki,
həmin qrupun normaları fərdin
cəhd etdiyi normalara uyğun
olsun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik
dərəcəsi olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup
fərd üçün bir növ daxili forum təĢkil edir (Q.Midin obrazlı
ifadəsinə görə), fərd öz davranıĢını
həmin normalarla
tutuĢdurur, tənzim edir.
Qaydaları və normaları Ģəxsiyyətin qayda və normalarına
çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan
bu cür referent qrupları çox vaxt
etalon
qrup adlandırırlar.
V.B.OlĢanskinin verdiyi tərifə görə
etalon qrup real və
ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd
göstərir və onun standartlarını öz davrvnışı üçün etalon
qəbul
edir. Bu baxımdan etalon qruplar real və təsəvvür olunan
xarakter daĢıya bilər.
III.6.3. Kiçik qrupların fenomenologiyası və strukturu
Dostları ilə paylaş: