MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə408/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   404   405   406   407   408   409   410   411   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
225 
225 
225 
225 
225 
225 
225 
225 
225 
uĢaqlarda diqqəti zahirən cəlbedici cisimlər cəlb edir. Bu 
dövrdə hələ uĢaqda qavradığı obyektə maraq üstünlük təĢkil 
edir. BaĢqa sözlə, diqqət qeyri-ixtiyari xarakter daĢıyır. 
Bağça yaĢının sonunda diqqət öz inkiĢafının daha 
yüksək səviyyəsinə çatır. Böyük bağça yaĢlı uĢaqlarda diq-
qətin inkiĢafı yeni maraqların meydana gəlməsi, dünya-
görüĢünün geniĢlənməsi, uĢağın ailə həyatında və bağçada 
yeni Ģəraitə daxil olması, yeni fəaliyyət növlərinə yiyələnməsi 
ilə sıx bağlı olur. Böyük bağça yaĢlı uĢaq gerçəkliyin əvvəllər 
onu cəlb etməyən cəhətlərinə diqqət yetirməyə baĢlayır. 
UĢağın 
ünsiyyət 
sahəsinin 
geniĢlənməsi, 
marağının 
zənginləĢməsi ilk növbədə qeyri-ixtiyari diqqətin daha yüksək 
inkiĢaf səviyyəsinə qalxmasına səbəb olur. 
Bu dövrdə qeyri-ixtiyari diqqət əsas yer tutsa da ixtiyari 
diqqətin meydana gəlməsi üçün də Ģərait yaranır. Burada 
qeyri-ixtiyari diqqətdən ixtiyariyə keçid üçün uĢağın diqqətini 
idarə etmək vasitələri mühüm rol oynayır. Ona görə də uĢağa 
onu əhatə edən cisim və hadisələrin xassələrini, fərqli 
xüsusiyyətlərini, əsas əlamətlərini görməyi öyrətmək lazım 
gəlir. QavrayıĢda olduğu kimi, bağça yaĢlı uĢaqlarda ixtiyari 
diqqətin inkiĢafında da oyun mühüm əhəmiyyət kəsb edir. 
Oyun qaydalarına əməl etmək uĢaqdan öz diqqətini 
mərkəzləĢdirməyi tələb edir. Bu yaĢ dövründə diqqətin ən 
yüksək davamlılığı oyun prosesində baĢ verir. BaĢqa fəaliyyət 
növləri də uĢağın diqqəti olmadan səmərəli Ģəkildə həyata 
keçə bilməz. Ġxtiyari diqqətin meydana gəlməsində nitq də 
mühüm rol oynamağa baĢlayır.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, uĢaqlarda ixtiyari 
diqqətin inkiĢafına öz-özünə hündürdən fikirləĢmək xeyli 
kömək edir. Təcrübə göstərmiĢdir ki, əgər 4-5 yaĢlı uĢaqlardan 
daima nə edəcəyini hündürdən deməyi tələb etdikdə, onlar 
ixtiyari olaraq və daha uzun müddət öz diqqətlərini hər hansı 
bir obyektin və ya onun detallarının üzərində saxlaya bilirlər. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   404   405   406   407   408   409   410   411   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin