Erkən uĢaqlıq dövründə müstəqillik meylinin
formalaĢması.
Erkən uĢaqlıq dövründə uĢaqlarda Ģəxsiyyətin
inkiĢafı üçün də zəmin yaranmıĢ olur. UĢaq özünü baĢqa
əĢyalardan, onu əhatə edən adamlardan ayırmağa baĢlayır. Bu
isə uĢaqda ilkin özünüdərketmə formasının meydana
gəlməsinə səbəb olur. Üç yaĢında uĢaqda özü haqqında
təsəvvür yaranır. Nəticədə uĢaq özünü adı ilə deyil, “mənim”,
“mən” əvəzlikləri ilə adlandırmağa baĢlayır. Bununla bağlı
www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya.
Psixologiya
221
221
221
221
221
221
221
221
221
olaraq ilk yaĢ “böhranı”, “üç yaĢın böhranı” özünü büruzə
verir. UĢaq “mən” kəlməsini iĢlətməklə özünün müstəqilliyə
olan meylini büruzə verir; onda mənlik Ģüurunun ibtidai
forması müĢahidə olunur. Bununla da uĢaq böyüklərdən asılı
olsa da müstəqil hərəkət etməyə, “mən özüm” - deyə Ģəxsi
fəallıq göstərməyə baĢlayır.
UĢağın psixi inkiĢafında ilk “yaĢ böhranı” böyüklərlə
qarĢılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi
neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. UĢağın müstəqil
olaraq öz tələbatını ödəmək cəhdi, özünü baĢqa adamlarla mü-
qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması
və hərəkətlərindəki sərbəstliyi “üç yaĢın böhranı” haqqında
aydın təsəvvür yaradır.
Əgər yaĢlılar uĢağın müstəqilliyi və sərbəstliyini lazımi
Ģəkildə tənzim və təĢkil edərsə yaĢ böhranı tədricən aradan
qaldırıla bilər.
VI.19.2. Bağça yaĢı dövrünün psixoloji xüsusiyyətləri
Bağça yaĢı dövründə uĢaqların ümumi inkiĢafı.
Məktəbəqədər yaĢ dövrü uĢağın həm fiziki, həm
psixofizioloji, həm də Ģəxsiyyət sahəsində inkiĢafının
keyfiyyətcə dönüĢ dövrüdür. Bu dövrdə uĢağın fiziki inkiĢafı
birinci növbədə diqqəti cəlb edir. 3-6 yaĢlı uĢağın boyunun,
çəkisinin artmasında nəzərə çarpacaq dəyiĢiklik baĢ verir.
Buna baxmayaraq həmin dövrdə uĢağın əzələ və sümük
sistemi xeyli inkiĢaf etmiĢ olsa da onun əl və ayaq
əzələlərində hələ sümüklənməmiĢ qığırdaqlar qalır. UĢağın
skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Ona görə də
lazımi tələblərə əməl olunmadıqda uĢağın qaməti düzgün
inkiĢaf etmir.
Bununla yanaĢı olaraq nitqin, böyüklərlə və həmya-
|