MahirəNərimanqızı


Erkən uĢaqlıq yaĢının xüsusiyyətləri



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə403/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   399   400   401   402   403   404   405   406   ...   613
Erkən uĢaqlıq yaĢının xüsusiyyətləri.
Erkən uĢaqlıq 
dövrü 1 yaĢdan 3 yaĢa qədər olan dövrü əhatə edir. Bu dövrdə 
uĢaqlar öz tələbatlarını əĢyavi-manipulyativ fəaliyyətin 
köməyi ilə ödəyirlər. Erkən uĢaqlıq dövrü özünəməxsus 
xüsusiyyətləri ilə fərqlənir. Bu dövrdə uĢaq nitqə yiyələnir və 
nəticədə Ģəxsiyyətin və fəaliyyət subyektinin formalaĢması 
üçün zəmin yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci 
aydan) uĢaq nitqin fonetik quruluĢuna, yiyələnməyə baĢlayır, 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
220 
220 
getdikcə söz ehtiyatı artır və üçüncü yaĢın axırında 300-400-ə 
çatır. 1 yaĢ 10 aylıqdan baĢlayaraq uĢaq ayrı-ayrı sözləri 
cümlədə birləĢdirməyə baĢlayır. Nitqin inkiĢafı əsasında uĢaq 
əĢyaları ən parlaq zahiri əlamətlərinə görə qruplaĢdırmağa 
baĢlayır. Bunu ümumiləĢdirmənin ilkin mərhələsi kimi qeyd 
etmək mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan 
hafizə (tanıma Ģəklində), əyani-əməli təfəkkür, diqqət, 
qavrayıĢ fəal Ģəkildə inkiĢaf etməyə baĢlayır. Ġkinci yaĢda 
uĢaq yaxın adamları və obyektləri qavradıqdan bir neçə həftə, 
üçüncü yaĢda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə 
yanaĢı qavranılmıĢ əĢyaların xatırlanması da inkiĢaf edir. 
Erkən uĢaqlıq dövründə 
nitqin
inkiĢafı ilə bağlı olaraq 
təfəkkür,
xüsusilə 
əyani-əməli təfəkkür
də inkiĢaf edir. Lakin 
bu dövrdə uĢaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də, 
onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, 
bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uĢaqların fikri 
fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. 
Erkən uĢaqlıq yaĢında diqqətin yeni xüsusiyyətləri özünü 
göstərir. UĢağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol 
oynayır. Söz siqnalları uĢağın diqqətinin müəyyən obyektə 
yönəlməsinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiq-
liyinə əsaslı təsir göstərir. Böyüklərin tələbi ilə uĢaqlarda 
ixtiyari diqqətin inkiĢafı üçün Ģərait yaranır. 
Ünsiyyət prosesində uĢağın biliyi, təcrübəsi tədricən 
artır. Nəticədə uĢaqda ixtiyari qavrayıĢın - müĢahidənin 
inkiĢafı üçün Ģərait yaranır. Burada böyüklərin uĢağın 
qavrayıĢını təĢkil etməsi əsas rol oynayır. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin