MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə48/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
56 
MüĢahidənin çətinliklərindən biri də bu və ya digər psixi 
hadisənin, davranıĢ tərzinin təzahürünü uzun müddət gözləmək 
lazım gəlməsi ilə baglıdır. Ona görə də psixologiyada ən çox 
əsas tədqiqat metodu kimi 
eksperimentdən
istifadə olunur. 
Eksperiment
müĢahidədən birinci növbədə onunla 
fərqlənir ki, bu zaman psixoloq psixi hadisələrin gediĢinə 
qarıĢır, tədqiqatın təĢkili üçün qarĢısına qoyduğu məqsədə 
müvafiq olaraq Ģərait yaradır. Bu, müĢahidə zamanı Ģəraitə tam 
nəzarət edə bilməməklə bağlı çətinliyi aradan qaldırır. 
Eksperimentin birinci növbədə iki növünü – 
təbii
və 
laborator
eksperiment növünü qeyd etmək olar. 
Təbii eksperiment rus psixoloqu A.F.Lazurski (1874-
1917) tərəfindən irəli sürülmüĢdür. Təbii eksperimentin 
məqsədi eksperiment zamanı psixi hadisələrin təzahürünə təsir 
göstərə biləcək amilləri aradan qaldırmaqdan ibarət olmuĢdur. 
Bu cür eksperiment təbii Ģəraitdə (təlim, əmək, oyun 
Ģəraitində) həyata keçirilir. Məsələn, hansı materialın 
Ģagirdlərin təfəkkürünün inkiĢafını yüksək inkiĢafetdirici təsir 
göstərdiyini aĢkara çıxarmaq üçün hazırlıq səviyyəsi eyni olan 
iki qrupdan birində (eksperimental qrup) təlim materialları 
problem situasiya yaratmaq əsasında, digərində (kontrol qrup) 
ənənəvi yolla öyrədilir. Hər iki qrupda Ģagirdlərə eyni müəllim 
dərs deyir və onlar bu iĢləri adi dərs kimi qəbul edirlər. Ona 
görə də heç bir həyəcan, qorxu hissi keçirmirlər. Sonra hər iki 
qrupda yoxlama sorğu iĢləri keçirilərək hansı qrupda üstünlük 
olduğu aĢkara çıxarılır. 
Laborator eksperimentə gəldikdə bu laboratoriya 
Ģəraitində, xüsusi cihazların köməyi ilə həyata keçirilir. Müasir 
dövrdə psixi hadisələrin təzahür xüsusiyyətlərini aĢkara çıxaran 
qurğular hazırlanmıĢdır ki, onların köməyi ilə tutarlı elmi 
nəticələr əldə etmək mümkündür. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin