MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə496/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   492   493   494   495   496   497   498   499   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
318 
318 
Bu göstəricilərdən asılı olaraq birinci tip Ģagirdlər 
arasında iki yarımtip müĢahidə olunur. 
Bunlardan birincisinə təlim iĢlərindəki müvəffəqiy-
yətsizliyi hər hansı bir praktik fəaliyyətin köməyi ilə əvəz 
etməyə çalıĢan Ģagirdləri aid etmək olar. Belə Ģagirdlər üçün 
ümumi olan cəhət onlarda mücərrəd təfəkkürün inkiĢaf 
etməməsi və bununla əlaqədar olaraq məsələnin Ģərti və həlli 
yollarını konkretləĢdirmək cəhdindən ibarətdir. Onların bu cür 
hərəkətləri təlimdə bəzi müvəffəqiyyətlər qazanmaq imkanı 
verir.
Bu cür Ģagirdlərdə analitik təfəkkür inkiĢaf etmədiyinə 
görə təlim materialını çətinliklə mənimsəyirlər. Onlar təhlili 
məsələ həllinin bütün gediĢində tətbiq edə bilmədiklərinə 
görə, çox vaxt məsələni də axıra kimi həll edə bilmirlər. 
Geridə qalan Ģagirdlərin həmin yarımtipində gələcəkdə 
müəyyən fəaliyyət növünə qarĢı yönəliĢlik, arzu olunan 
peĢəyə dair az və ya çox dərəcədə aydın təsəvvür mövcud 
olur. Adətən, bu cür yönəliĢlik onların təlim fəaliyyətindəki 
müvəffəqiyyətsizliklərini əvəz edən praktik fəaliyyətinin 
məzmunundan asılı olur. Bununla əlaqədar olaraq həmin 
Ģagirdlərdə özünüqiymətləndirmə obyektiv xarakter daĢıyır. 
Geridə qalan birinci tip Ģagirdlərin ikinci yarımtipinə 
təlim iĢindəki hər cür çətinlikdən qaçmağa çalıĢan Ģagirdləri 
aid etmək olar. Təlimdə müvəffəqiyyət qazanmağa çalıĢan 
həmin Ģagirdlər çox vaxt qadağan olunmuĢ yollardan istifadə 
etməyə çalıĢırlar: yoldaĢlarından köçürür, onların gizlincə 
dediklərinə istinad edir və s. Bu cür Ģagirdlər baĢqa iĢlərin 
hamısına da təlimə yanaĢdıqları kimi yanaĢırlar. Ətraf aləm 
haqqında onların təsəvvürləri olduqca məhduddur. Birinci 
yarımtipdən fərqli olaraq onlar hətta təlim tapĢırıqlarının 
mahiyyətini anlamağa cəhd göstərmirlər. Bir qayda olaraq 
onlar gələcək haqqında düĢünmürlər. 
Ġkinci tipə aid etdiyimiz geridə qalan Ģagirdlər, adətən 
məktəbə yaxĢı hazırlıq və oxumaq həvəsi ilə gəlirlər. Lakin 
həmin uĢaqlar evdə səbrlə oturub iĢləməyə alıĢdırılmamıĢ 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   492   493   494   495   496   497   498   499   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin