MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə594/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   590   591   592   593   594   595   596   597   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
415 
415 
415 
415 
415 
415 
415 
415 
415 
tapĢırıq verəcəm, sən isə onları yerinə yetirəcəksən. Bunlar bir 
az məktəbdə sənə verəcəkləri tapĢırıqlara oxĢayır, lakin əsil 
məktəb tapĢırığı deyil. Məncə onlar sənin xoĢuna gələcək". 
Bundan sonra "Seqen lövhəsi" üzrə iĢ aparmaq olar. Bu 
tapĢırıq bağça yaĢlı uĢaqlar tərəfindən asanlıqla yerinə 
yetirilir. O, bir növ oyun xarakteri daĢımaqla uĢaqların 
xoĢuna gəlir, onları sakitləĢdirir, gərginliyi aradan qaldırır. 
Bununla yanaĢı, dərhal müvəffəqiyyət Ģəraiti yaradır. UĢaq öz 
iĢinin nəticəsini qiymətləndirə bilməsə də, onun üçün əsas 
məsələ ümümiyyətlə tapĢırığı yerinə yetirə bilməsindən və 
tanımadığı adamın onu tərifləməsindən ibarətdir. 
"Seqen lövhəsi" bir neçə topludan ibarətdir. Həmin 
lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə 
hissəyə kəsilməsindən asılıdır. 
Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə 
etmək olar. Birinci (1 №-li) lövhə toplusu aĢağıdakı doqquz 
bütöv fiqurdan ibarətdir: dairə, xaç, kvadrat, üçbucaq, romb, 
oval, trapesiya, ulduz, altıguĢəli fiqur. Ġkinci lövhə (2 №-li) iki 
hissəyə bölünmüĢ fiqurdan (dairə, oval, altıguĢəli, kvadrat) və 
üç hissəyə bölünmüĢ bir fiqurdan (xaç) ibarətdir. TapĢırığı 
yerinə yetirmək üçün uĢağa aĢağıdakı Ģəkildə təlimat 
verilməlidir: "Bax, bu lövhədə fiqurlar var. Mən onları yerə 
tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz 
qurtaran kimi fiqurları tökmək, uĢağın iĢə baĢlamasını 
gözləmədən saniyəölçəni iĢə salmaq lazımdır. Əgər uĢaq iĢə 
dərhal baĢlamırsa bunu protokolda qeyd etmək, nə qədər vaxt 
keçdiyini göstərmək lazımdır. Protokolda uĢağın bütün 
hərəkətləri, fəallığı, iĢgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə 
və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq 
həmin iĢə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. 
Bununla həmin uĢağın fərdi tempini müəyyənləĢdirmək olar. 
Həmin yaĢ dövründə birinci lövhə üzrə iĢin orta vaxt 
göstəricisi 30-35 saniyə, ikinci lövhə üzrə bir dəqiqə təĢkil edir. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   590   591   592   593   594   595   596   597   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin