www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 414
414
müəyyənləĢdirməklə, aĢağıdakı texniki və metodiki tələblərə
əməl olunmalıdır.
Hər şeydən əvvəl , hər uĢaq yalnız bir dəfə yoxlamadan
keçirilməli və bu iĢ 20-30 dəqiqədən artıq davam etməməlidir.
Bu tələb bir tərəfdən yoxlanan uĢağın imkanlarını nəzərə
almaqla bağlıdır. Belə ki, psixofizioloji tədqiqatlardan məlum
olduğu kimi, həmin yaĢ dövründə uĢaqların əqli iĢ
qabiliyyətinin səviyyəsi məhz 20-30 dəqiqədən ibarət olur.
Digər tərəfdən, uĢağı I sinfə yazdırmaq üçün valideynlər onu
bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla
yanaĢmırlar.
İkincisi , psixoloji yoxlamaları valideynin iĢtirakı ilə
aparmaq məqsədə müvafiqdir. Belə olduqda uĢaqlarda və
valideylərdə gərginliyin yaranmasının qarĢısı alınır.
Yoxlamadan əvvəl valideynlərə izah olunur ki, yoxlamanın
məqsədi uĢağı imtahan etməkdən ibarət deyildir. Burada əsas
məqsəd uĢağın imkanlarını aĢkara çıxarmaq və gələcəkdə
onunla iĢləmək üçün müvafiq yollar düĢünməkdən ibarətdir.
Yoxlama motivinin bu cür izahı valideynin psixoloqa inamla
yanaĢmasına və yeri gələndə ona köməklik göstərməsinə
imkan yaradır.
Ücüncüsü, yoxlamanın nəticələri uĢağın xüsusiyyətlərinin
keyfiyyət xarakteristikasını verməlidir.
Gələcək I sinif Ģagirdləri üzərində aparılan eksperi-
mental psixoloji yoxlama suallardan baĢlanmalıdır. Adətən, bu
cür suallar standart xarakter daĢıyır: sənin adın nədir, neçə
yaĢın var, uĢaq bağçasına gedirsənmi. Sualları verməklə
psixoloq öz təbəssümü ilə uĢaqları ruhlandırmalıdır. Burada
yeri gəldikcə bu və
ya digər cəhətə əsasən uĢağı tərifləmək
tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxĢı
donu, saçı var. Oğlana demək olar ki, afərin, nə yaxĢı
oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.
Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya
keçmək tələb olunur. Adətən, psixoloq uĢaqlara bu cür mü-
raciət edir: "Ġndicə səninlə birlikdə məĢğul olacağıq. Mən sənə