MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə601/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   597   598   599   600   601   602   603   604   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
422 
422 
Məktəb psixoloqu bu cür ailələri aĢkara çıxarmaqla 
burada böyüyən uĢaqlara mümkün olan psixoloji köməkliyi 
göstərməlidir. Valideynlərlə müvafiq izahat iĢi aparmalı, 
onların arasındakı münasibətin uĢağın tərbiyəsinə nə kimi təsir 
göstərməsini qeyd etməlidir. Yeri gəldikcə həmin valideynlərə 
müvafiq psixoloji məsləhətlər verməlidir. 
Nəhayət, dördüncü tip ailələrlə psixoloqun apardığı iĢ də 
özünəməxsus xüsusiyyətə və əhəmiyyətə malikdir. Bu cür 
ailələrdə güc, gobudluq, alkoqolizm hökm sürə bilər. Həmin 
ailə mühiti nəinki uĢaqlarda Ģəxsiyyətin ahəngdar inkiĢafına 
Ģərait yaratmır, eyni zamanda məktəbin həmin sahədə apardığı 
iĢi sıradan çıxarır. Belə ailələrdə böyüyən uĢaqlarda ikili 
əxlaq, mənəviyyat formalaĢır. Həmin uĢaqlar qanunu pozmağa 
daha çox meylli olurlar. Onlarda, adətən, Ģübhə, inamsızlıq, onu 
əhatə edənlərlə mülayim Ģəxsi təmas yarada bilməmək, 
təcavüzkarlıq, zəifiradəlilik, xüdbinlik və s. kimi mənfi xarakter 
əlamətləri formalaĢır. 
Məktəb psixoloqunun bu cür ailələrdən gələn uĢaqlarla 
apardığı iĢ olduqca çətindir. Adətən, bu cür ailələr üçün 
qapalılıq, kənardan ona qarıĢmağa yol verməmək xarakterik
haldır. Buna baxmayaraq həmin ailələr və onlardan gələn 
uĢaqlarla iĢ aparılmalıdır. Məktəbin, məktəb psixoloqunun
vəzifəsi uĢağı tərbiyə etmək, onda mövcud olan qüsurları 
aradan qaldırmaqdan, onun Ģəxsiyyətindəki müsbət cəhətləri 
möhkəmləndirməkdən ibarətdir. Bütün bu iĢləri həyata keçirərkən
psixoloq sinif rəhbərinin, ayrı-ayrı müəllimlərin, valideyn 
komitəsinin, Ģagird təĢkilatlarının köməyindən istifadə etməlidir.


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   597   598   599   600   601   602   603   604   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin