MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə66/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   613
Fəaliyyətin vasitələrinə
gəldikdə o, həmin fəaliyyətin 
həyata keçirildiyi yollardır. BaĢqa sözlə insan həmin fəaliyyət 
zamanı qarĢısına qoydugu məqsədə hansı yollarla nail olur. 
ġəbhəsiz həmin yol və vasitələrin düzgün seçilməsi fəaliyyətin 
səmərəli Ģəkildə həyata keçirilməsi üçün mühüm Ģərtdir. 
Bütövlükdə götürüldükdə insanın hər cür fəaliyyətinin 
quruluĢunda motiv, məqsəd, müvafiq iĢlər, onların icrası, 
qiymətləndirilməsi və nəzarət kimi mühüm komponentlər 
özünü göstərir. Bunları ümumiləĢdirilmiĢ Ģəkildə götürmüĢ 
olsaq fəaliyyətin üç mərhələni keçdiyini söyləyə 
bilərik: 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
78 
hazırlıq, icra və
 
qiymətləndirilmə

Fəaliyyətin icra mər-
hələsində insan müvafiq iĢləri və hərəkətləri həyata keçirir ki, 
bu da həmin fəaliyyətin məzmununu, ən mühüm komponentini 
təĢkil edir. Onlara qısa nəzər salaq. 
İş və hərəkətlər
. Fəaliyyət prosesində insan istər-istəməz 
müvafiq cari məsələləri həll etməli olur

Fəaliyyətin sadə bir 
cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş
 
elementi iş 
və ya əməl adlanır
. Məsələn, cümlədə mübtədanı tapmaq, 11 
metrlik cərimə topunu vurmaq, içmək üçün çay qaynatmaq və 
s. müvafiq fəaliyyətin nisbətən bitmiĢ elementi olan iĢlərdir. Bu 
cür iĢlər həm fiziki, həm də zehni planda həyata keçirilə bilər. 
Bu iĢlər gerçək aləmdəki cisimlərin vəziyyətinin və ya 
xassəsinin dəyiĢməsinə yönəlmiĢ olur. Hər cür maddi iĢ və ya 
əməl məkan və zamanla bağlı olan müəyyən 
hərəkətlərdən
əmələ gəlir. Məsələn futbol zamanı 11 metrlik cərimə topunu 
vurmaq iĢini yerinə yetirmək üçün idmançı topu 11 metrlik 
nöqtədə qoyur, geri çəkilir, oradan qaçaraq topa yaxınlaĢır, bir 
ayağının üstünə qalxaraq digər ayagı ilə topa zərbə vurur. Bu 
hərəkətlərin hamısı müəyyən zaman və məkan daxilində baĢ 
verir. Belə ki, idmançı topu baĢqa yerə deyil cərimə olunmuĢ 
komandanın qapısı agzındakı nöqtəyə qoyur və hakimin 
iĢarəsindən sonra dərhal qaçaraq topa zərbə endirir. Topu baĢqa 
yerə qoymaq və ona istədiyi vaxt zərbə vurmaq olmaz. 
Hər cür maddi iĢlər hərəkətlərin müəyyən sistem üzrə 
yerinə yetirilməsindən ibarətdir. O, iĢin məqsədindən, həmin 
iĢin yönəldiyi əĢyanın xassəsindən və iĢ Ģəraitindən asılıdır. 
Belə ki, məsələn,11 metrlik cərimə topunu vurmaq üçün 
hərəkətləri basketbol zamanı cərimə topunu səbətə atmaq üçün 
lazım olan hərəkətlərdən fərqli qurmaq lazımdır. Yaxud, 
ümumi cəhətlərinin olmasına baxmayaraq «a» hərfini yazmaq 
üçün hərəkətlər «t» hərfini yazmaq üçün lazım olan 
hərəkətlərdən fərqlənəcəkdir. 
Fəaliyyət zamanı icra olunan iĢlər daima özünəməxsus 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin