MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə89/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
103 
bağlı funksiyaları kimi çıxıĢ etməyə baĢlayır. Süjetli oyunlar 
müəyyən ssenari üzrə aparılır və bu zaman həmin ssenarinin 
əsas detalları əks etdirilir. Bağça yaĢının sonunda uĢaqlarda 
sosial təcrübənin geniĢlənməsi süjetli oyunların məzmununun 
geniĢlənməsinə səbəb olur. Nəticədə tədricən oyunun 
məzmunu praktik iĢləri təkrar etməkdən insanların əlaqələrinin 
təsvirinə keçir. Hərəki oyunlar bilavasitə hərəkətlərlə icra 
olunur. Bu cür oyunlar hərəki vərdiĢlərin inkiĢafına kömək 
edir. Didaktik oyunlara gəldikdə bu cür oyunlar öyrətmə 
xarakteri daĢıyır. Məsələn, «nə yerini dəyiĢmiĢdir?», «səsindən 
tanı» tipli oyunların köməyi ilə uĢaqlarda müĢahidəçilik, dəqiq 
qavrama imkanları inkiĢaf etdirilir.
Oyunlar 
fərdi və qrup
halında da aparılır. Fərdi oyun 
ancaq bir nəfər tərəfindən həyata keçirilir. Qrup halında 
oyunlarda isə bir neçə nəfər iĢtirak edir. 
Rollu
oyunlara 
gəldikdə bu zaman oynayan adam (uĢaq və ya yaĢlı) oyun 
zamanı müəyyən rolu öz üzərinə götürür və həmin rola uyğun 
hərəkət edir. Məsələn, uĢaq müəllim, həkim rollarını oynayır. 
Öz oyuncaqlarına «dərs deyir», onları «müalicə» edir və s. Bu 
zaman uĢağın iĢi onun indiki anda istifadə etdiyi Ģeylərin 
xüsusiyyətləri ilə deyil, müəllimin, həkimin vəzifəsi haqqında 
təsəvvürlə idarə olunur.
Qaydalı
oyunlar müvafiq qaydalara əsasən aparılır və 
oynayanlar bu qaydalardan kənara çıxa bilmirlər. Ġndi artıq 
iĢlər mücərrəd tələblər və qaydalarla tənzim olunur. Çox vaxt 
həyatda oyunun əĢyavi-rollu, süjetli-rollu, süjetli-qaydalı və s. 
kimi qarıĢıq tipinə də rast gəlmək olur.
Yuxarıda qeyd edildiyi kimi, oyun məktəbəqədər dövrdə 
aparıcı fəaliyyət növü olub uĢaqların həm fiziki, həm də psixi 
inkiĢafında mühüm rol oynayır. M.Qorkinin qeyd etdiyi kimi, 
oyun uĢağın yaĢadığı və gələcəkdə dəyiĢdirilməli olduğu 
mühiti dərk etmə yoludur. Oyun uĢağın tələbatını ödəməklə 
yanaĢı, yaĢlılarla ünsiyyət saxlamaq, həyatı baĢa düĢmək, 
ətrafdakıları təqlid etmək və bu yolla bir növ gələcək həyata 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin