MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə87/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
101 
tələbatına çevrilir. Ġnsan daima özünün həmin tələbatını 
ödəməyə can atır. Məsələn, insanda oxu vərdiĢi yarandıqda o, 
çətinlik çəkmədən götürdüyü kitabı səhvsiz və sürətlə oxuya 
bilir, lakin bu iĢi yalnız lazım olduqda həyata keçirir. Adətdə 
isə belə deyildir. Məsələn, hər gün yatağa uzanmaqdan qabaq 
kitab oxumağa adət etmiĢ adam bu iĢi görmədən yata bilmir. 
Yaxud, həmiĢə bayırdan gəldikdə və ya yeməkdən qabaq 
əllərini yumağa adət etmiĢ adam buna əməl etməyə bilmir.
VərdiĢlər Ģüurlu təkrarlar – mümarisələr sayəsində 
yaranır. Adətlər isə bəzən bu cür Ģüurlu təkrarlar olmadan da 
yarana bilir. Məsələn, Ģagird dərsdə yerindən danıĢmağı 
qarĢısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən 
danıĢır və nəticədə danıĢqanlığa adət edir. 
Həyati faktlardan aydın olur ki, insanın yiyələndiyi 
düzgün vərdiĢ əgər xeyirli deyildirsə o qədər ziyanı da olmur. 
Lakin insanda formalaĢan adət həm xeyirli, həm də ziyanlı ola 
bilər. Məsələn, böyük gələndə ayağa qalxmaq, baĢqasının 
sözünü kəsməmək xeyirli (faydalı), müsbət adət olduğu halda, 
böyüyə qarĢı, laqeydlik, gobudluq, dərsdə yerindən söz atmaq 
və s. ziyanlı, mənfi adətdir. 
II.3.5. Fəaliyyətin əsas növləri 
Ġnsan fəaliyyətini nəzərdən keçirdikdə onun məxtəlif və 
çoxsaylı olduğunu görürük. Adətən insanlar həyatları boyu öz 
tələbatlarını ödəmək üçün məxtəlif fəaliyyət növlərindən 
istifadə edirlər. Bunlardan bəziləri ötəri, dəyiĢkən, digərləri isə 
uzun müddətli, insanın bütün həyatı boyu onun tələbatlarını 
ödəyəcək fəaliyyət kimi özünü göstərir. Demək olar ki, 
istisnasız olaraq bütün insanların hamısı üçün xas olan 
fəaliyyət növlərini əsas fəaliyyət növləri adlandırırlar. Ġnsanın 
bütün həyatı boyu istifadə etdiyi bu cür əsas fəaliyyət növlərinə 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin