MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə85/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
99 
getdiyini aĢkara çıxarmıĢdır. 
Birinci halda ana dilindəki çoxmənalı sözlərin təsir 
altında ikinci dildə səhvlər meydana gəlir. ġagirdlərə belə gəlir 
ki, əgər ana dilində eyni sözlə müxtəlif mənaları ifadə etmək 
mümkündürsə , deməli öyrənilən dildə də həmin yolla getmək 
olar. Bununla əlaqədar baĢ verən səhvləri N.Ġmedadze 
nitq 
səviyyəsində leksik interferensiya
hadisəsinə aid etmiĢdir. 
Müəllifin fikrincə bu cür interferensiyanın qarĢısını almaq üçün 
qavrayıĢ zamanı ana dilindəki çoxmənalı sözlərin müxtəlif 
mənalarını fərqləndirməyi təmin etmək lazımdır. Ona görə də 
burada ana dili ilə ikinci dildə qarıĢdırılan sözlərin 
müqayisəsini verməyə və ana dilinə istinad etməyi zəruri hesab 
etmiĢdir.
N.Ġmedadze 
müəyyənləĢdirmiĢdir ki, ikinci dilin 
semantik quruluĢunun ana dili quruluĢu ilə əvəz edilməsi 
zamanı özünü göstərən 
ikinci tip çətinlik
o zaman meydana 
gəlir ki, öyrənilən ikinci dildə ana dilinə nisbətən hadisələri 
ifadə edən simvollar daha çox olsun. Müəllif bu cür çətinliyi 
daha mürəkkəb çətinlik hesab edir və onu 
dekotatlar
səviyyəsində leksik interferensiya adlandırır. Ġkinci dilin 
mənimsənilməsi zamanı bununla əlaqədar səhvlər daha çox 
yayılmıĢ olur. Buradakı çətinlik ikinci dildə bir neçə korrelyatı 
olan ana dili sözünün dekotatları dəqiq, fərqləndirilmiĢ Ģəkildə 
qavramamaqdan irəli gəlir. Bu zaman ana dilinə və onun 
dekotatlar sisteminə istinad etmək imkanı aradan çıxır. Ona 
görə də müəllif belə bir fikrə gəlir ki, dekotatlar səviyyəsində 
leksik interferensiyanı aradan qaldırmaq üçün gerçəkliyi gerçək 
münasibətləri yeni yolla əks etdirməyin mənimsənilməsinə 
diqqət yetirmək lazımdır. 
Bacarıqlar.
Fəaliyyətin mənimsənilməsi zamanı vərdiĢ-
lərlə yanaĢı bacarıqlar da formalaĢır. 
Bacarıqlar – qarĢıya qoyulmuĢ məqsədə müvafiq olaraq 
iĢ priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud 
bilik və vərdiĢlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin