MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə86/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 
100 
insan qarĢıda duran məsələnin həllində lazım olan yolları və 
əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün 
zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiĢ olur. 
Bacarıqların formalaĢması biliklərə daxil olan məlumatların 
iĢlənməsi ilə bağlı olan əməliyyatların, bu məlumatın aĢkara 
çıxarılması, həmin məlumatın hərəkətlərlə müqayisəsi və ona 
aid edilməsi əməliyyatlarının bütün sisteminə yiyələnməkdir. 
Ġnsanın bacarığa yiyələnməsi müxtəlif yollarla həyata 
keçirilə bilər. Psixoloqlar bunlardan ikisini xüsusi olaraq qeyd 
edirlər. 
Birinci 
yolda öyrənən, fəaliyyyəti mənimsəyən adam 
zəruri biliklərə malik olur. Onun qarĢısında həmin bilikləri 
lazım olan yerdə səmərəli tətbiq etmək vəzifəsi qoyulur. Ġnsan 
fəaliyyətinin müvafiq istiqamətlərini, məlumatları iĢləmək 
yollarını və priyomlarını səhv və sınaq yolu ilə aĢkara 
çıxarmaqla bu vəzifənin həllinə çalıĢır. Mütəxəssislər az 
səmərəli olmasına baxmayaraq bu yolun hazırda təlimdə geniĢ 
yayılmıĢ yol oldugunu göstərirlər. 
İkinci yol
, Ģagirdlərin 
bilikləri tətbiq etməsi üçün zəruri olan psixi fəaliyyətini 
müəllimin idarə etməsindən ibarət olan yoldur. Bu zaman 
müəllim Ģagirdləri lazım olan əlamətləri və əməliyyatları 
seçmək istiqamətləri ilə tanıĢ edir, qarĢıya qoyulmuĢ məsələni 
həll etmək üçün Ģagirdlərin aldıqları məlumatları iĢləmək və 
onlardan istifadə etmək sahəsindəki fəaliyyətlərini təĢkil edir. 
Bu yol hazırda pedaqoji psixologiyada səmərəli Ģəkildə iĢlənən 
yoldur. Bacarıqlara yiyələnmənin səmərəliliyini təmin edən 
ümumi Ģərtlərə a) Ģagirdin ümumiləĢmiĢ qaydanı anlaması və 
b) yeni məsələnin həlli prosesindəki əks əlaqə daxildir. 
VərdiĢlərdən fərqli olaraq bacarıqlar həmiĢə fəal əqli 
fəaliyyətə əsaslanır və mütləq təfəkkürü həmin fəaliyyətə daxil 
edir. Zəruri əqli nəzarət bacarıqları vərdiĢlərdən fərqləndirən 
baĢlıca cəhətdir.
Adətlərə
gəldikdə, o da vərdiĢlər kimi iĢin, hərəkətlərin 
icrasının avtomatlaĢmasıdır. Lakin vərdiĢlərdən fərqli olaraq 
adət yarandıqda həmin iĢ və ya hərəkətin icrası insanın 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin