MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə3/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 

Ön söz 
 
Ġnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixolo- 
giya elmi ora nüfuz etməsin. Təsadüfi deyildir ki, dünya 
standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı 
onun peĢə hazırlığının zəruri tərkib hissəsi sayılır. Bu mənada 
ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin 
psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə 
də dərslikdə gələcək müəllimlərin psixoloji hazırlığı üçün 
zəruri olan məlumatlar psixologiya elminin müasir 
nailiyyətlərinə uyğun Ģəkildə öz əksini tapmıĢdır. Bununla 
yanaĢı olaraq dərslikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini 
təmin edən psixoloji biliklərin bütün sahələrinin öz əksini 
tapmasına diqqət yetirilmiĢdir.
Dərslik 6 hissə və 26 fəsildən ibarətdir. 
Birinci hissə psixologiyanın predmeti və metodlarına,
psixika və Ģüurun inkiĢafına həsr olunmuĢdur. Burada 
Azərbaycanda psixologiya elminin inkiĢafına xüsusi yer 
verilmiĢdir.
Dərsliyin ikinci hissəsində fəaliyyət və ünsiyyətin 
psixologiyası, üçüncü hissəsində Ģəxsiyyət, qruplar və 
Ģəxsiyyətlərarası münasibətlər öz əksini tapmıĢdır.
Psixi proseslərə və hallara həsr olunmuĢ dördücü hissədə 
diqqət, duyğular, qavrayıĢ, hafizə, təfəkkür, təxəyyül, hisslər və 
emosional hallar, iradə haqqında geniĢ məlumat verilmiĢdir. 
Dərsliyin beĢinci hissəsində Ģəxsiyyətin fərdi-psixi 
xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi 
məlumatlar Ģərh olunmuĢdur.
Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaĢ və 
pedaqoji psixologiyanın əsasları öz əksini tapmıĢdır. Burada ilk 
növbədə yaĢ və pedaqoji psixologiyanın predmeti və vəzifələri 
haqqında yığcam məlumat verməklə yanaĢı məktəbə daxil olan 
və məktəb yaĢı dövründə psixikanın inkiĢafı, tərbiyə, təlim, 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin