MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə6/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya 

I. 1.1. Psixologiyanın predmeti 
Elm və texnikanın sürətlə inkiĢaf etdiyi bir dövrdə 
yaĢayırıq. Bu dövr yeni elm sahələrinin meydana gəlməsi ilə 
fərqlənən bir dövrdür. Özünün qədim tarixiliyi ilə fərqlənən 
elm sahələri ilə yanaĢı tamamilə yeni elmlərin meydana 
gəlməsi onları bir-birlərindən fərqləndirməyi, onlardan yerli-
yerində bəhrələnməyi tələb edir. Bu elmlərin bir çoxunun 
obyekti eyni olduğu halda, onlar öz predmetlərinə görə bir-
birlərindən fərqlənirlər. Hər bir elmin predmetini özünəməxsus 
hadisələr təĢkil edir. Bu hadisələrdən bəziləri olduqca 
mürəkkəb, çətin dərk olunan hadisələrdir. Psixologiya elminin 
predmetini təĢkil edən hadisələr də məhz özünün mürəkkəbliyi 
və çətin dərk olunması ilə fərqlənir. Həmin hadisələr hələ 
qədim zamanlardan insanların diqqətini cəlb etmiĢ, bu sahədə 
müxtəlif fikirlərin, görüĢlərin meydana gəlməsinə səbəb 
olmuĢdur. Psixologiyanın öyrəndiyi bu hadisələr 
psixi 
hadisələr adlandırılmıĢdır. Psixi hadisələrin təsnifi və onun 
strukturu müxtəlif mövqelərdən Ģərh olunmuĢdur. Bu sahədə 
daha çox diqqəti cəlb edən psixi hadisələrin üç qrupa ayrılması 
ilə bağlı olan fikirlərdir: 
psixi
proseslər, psixi hallar, psixi 
xassələr 
(bax Ģəkil 1). 
Psixi proseslər
insan davranıĢının ilkin tənzimləyicisi 
kimi meydana çıxır. Psixi proseslərə duyğu, qavrayıĢ, hafizə, 
diqqət, təfəkkür, təxəyyül, hissləri və iradəni daxil edirlər. Psixi 
proseslərin müvafiq baĢlanğıcı, gediĢi və sonu vardır. Məhz 
buna görə də psixoloqlar psixi proses termininin psixi faktın 
prosessuallığını nəzərə çarpdırmağını qeyd edirlər. Psixi 
prosesləri üç qrupa ayırırlar: 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin