MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə312/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   308   309   310   311   312   313   314   315   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
120 
120 
Bu keyfiyyəti qısamüddətli emosional reaksiyalarda, eyni 
zamanda bəzi obyektlərə qarĢı yaranmıĢ davamlı hisslərdə 
müĢahidə etmək olar. Adətən, insanın ilk dəfə rast gəldiyi 
hadisələrə təəccüb etməsi, onunla maraqlanması bu cür baĢ 
verir. 
IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları 
Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti 
təĢkil edir. BaĢqa psixi proseslər kimi, emosional halların və 
hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə 
bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə 
olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. 
Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı 
sahələrdə baĢ verən sinir prosesləri çox mühüm rol oynayır. 
Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz 
vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, 
hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini 
tənzimləyir. Ona görə də hər hansı hissin baĢ verməsi müvafiq 
üzvlərdə müəyyən dəyiĢikliyin əmələ gəlməsi ilə nəticələnir. 
Məsələn: tənəffüs ahəngi dəyiĢir, ürək döyüntüsü ya artır, ya 
da azalır, nəbz vurma dəyiĢir, göz bəbəyi geniĢlənir, tüklər 
biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi 
deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz 
vurma kəĢf etmiĢdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın 
ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz 
emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər. 
Hisslərin əmələ gəlməsində dinamik stereotipin 
yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat 
tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən 
rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin 
rabitələrdə hər hansı dəyiĢikliyin baĢ verməsi mövcud 
rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, 
narazılıq, sevinc, heyrət, Ģübhə, maraq, qəzəb və s. kimi 
hisslərin əmələ gəlməsi ilə nəticələnir. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin