www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 125
125
125
125
125
125
125
125
125
göstərmiĢdir: 1. həyəcanlanma. 2. müqavimət. 3. əldən düĢmə
və üzülmə. H.Selye stressi – hər hansı fövqaladə təsirə qarĢı
qeyri – spesifik müdafiə reaksiyası adlandırmıĢdır. Deməli
psixi proseslərin diqqətin, qavrayıĢın, hafizənin, təfəkkürün
gediĢinə dolaĢıqlıq yaradan psixi vəziyyəti distress
adlandırmaq olar. Uzunmüddətli distress vəziyyəti insanda
bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diĢ
tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress
emosional və informasion stressə bölünür. Emosional stress
təhlükəli, çətin, qorxulu Ģəraitdə özünü biruzə verir. Belə olan
halda psixi fəaliyyətin gediĢində neqativ məzmunlu dəyiĢiklik
təzahür edir. Ġnformasion stress isə informasiya gününün
həddən ziyadə çoxluğu nəticəsində tapĢırığın öhdəsindən gələ
bilməkdə özünü göstərir.
Stressin bir forması da eustressdir. Eustress – xoĢ xəbər,
yaradıcılıq müvəffəqiyyəti, xoĢa gələn fiziki iĢ və s.
nəticəsində yaranan müsbət gərginlik vəziyyətidir. Eustress –
əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarĢı
müqavimətini gücləndirir.
Frustrasiya. Frustrasifa - (latınca frustrasio – aldanma, nahaq
gözləmə, əhval pozuntuluğu) – insanın düĢdüyü psixi
vəziyyət formasıdır. Ġnsanın öz məqsədinə çatmasına
maneçilik törədən real və ya xəyali maeələrlə rastlaĢması
nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun
mahiyyətini daha yaxĢı baĢa düĢmək üçün aĢağıdakı nümunə
ilə tanıĢ olaq:
İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb suallara hazrlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından ötən avtobusun elə indicə