MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə431/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   427   428   429   430   431   432   433   434   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
250 
250 
artım tez də aĢağı düĢür. 9 yaĢlı qızlarda boy artımı 3,8 sm, 10 
yaĢda – 6,21 sm, 11 yaĢda – 7,17 sm, 12 yaĢda – 5,43 sm, 13 
yaĢında təxminən 6 sm-ə çatır. Bu zaman artım əvvəlki illərə 
nisbətən az olsa da qənaətbəxĢdir. 14 yaĢında boy artımı 3,7 
sm-ə, 15 yaĢında isə 2,3 sm-ə enir. Rəqəmlərdən göründüyü 
kimi, boy artımı qızlarda oğlanlara nisbətən tez baĢlasa da, 
sonradan əsaslı Ģəkildə aĢağı düĢür. 
Çəkinin artmasına gəldikdə bu dövrdə o boyun 
artmasından geri qalır. 9 yaĢlı oğlanların çəkisi orta hesabla 
26,3 kq, 10 yaĢda – 29,0 kq (artım 2,7 kq), 11 yaĢda – 32,1 kq 
(artım 3,1 kq), 12 yaĢda – 36,0 kq (artım – 3,9 kq), 13 yaĢda – 
39,2 kq (artım – 3,2 kq), 14 yaĢda – 45,5 kq (artım – 6,3 kq), 
15 yaĢda – 51,9 kq (artım – 5,4 kq) olur. Rəqəmlərdən 
göründüyü kimi, yeniyetməlik dövründə oğlanlarda çəkinin 
artması qeyri-bərabər Ģəkildə gedir. 13 yaĢında çəkinin artımı 
aĢağı düĢür. 
Qızlarda da çəkinin artması təxminən eyni Ģəkildə gedir. 
9 yaĢlı qızların çəkisi təxminən 25,28 kq, 10 yaĢda – 28,3 kq, 
11 yaĢda – 32,0 kq, 12 yaĢda – 36,97 kq, 13 yaĢda – 41,9 kq, 
14 yaĢda – 47,5 kq, 15 yaĢda – 50,6 kq-a bərabər olur. 
Qızlarda çəkinin ən az artımı 10 və 11 yaĢda özünü göstərir.
Bu dəyiĢiklik xüsusilə cinsi yetiĢmənin baĢlanmasında 
özünü göstərir. UĢaqlara nisbətən yeniyetmələrin siması 
dəyiĢir, böyüklərə yaxınlaĢmıĢ olur. 
Əzələ kütləsi və əzələ gücü artır, nəticədə yeniyetmənin 
fiziki imkanı da artır. Yeniyetməyə elə gəlir ki, onun hər bir 
Ģeyə gücü çatar. 
Yeniyetmənin psixoseksual inkiĢafında xüsusi dəyiĢiklik 
baĢ verir. Bu dövrdə cinsi yetiĢmənin baĢlanması bir növ cinsi 
yetkinlik üçün baĢlanğıc rolunu oynayır. Bununla yanaĢı 
olaraq psixoloji yetkinliyin, eləcə də sosial yetkinliyin baĢ 
verməsi üçün müvafiq Ģərait yaratmıĢ olur. Yeniyetmələrdə 
sərvət sistemi dəyiĢir: ailə, məktəb, həmyaĢıdları yeni məna və 
əhəmiyyət kəsb etməyə baĢlayır. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   427   428   429   430   431   432   433   434   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin