www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 258
258
Kiçik məktəblilərdən fərqli olaraq yeniyetmələr mate-
rialı ümumiləĢdirməyə və sistemləĢdirməyə daha çox yer
verməyə çalıĢırlar. Tədricən yeniyetmələr belə bir qənaətə
gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün
əhəmiyyətə malikdir. ġübhəsiz, hələ elə materiallar da olur ki,
onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir
(tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki
yaddasaxlamaya ehtiyac hiss olunur. Lakin bu zaman
mexaniki yaddasaxlama müəyyən dərəcədə məna əlaqəsi ilə
Ģərtlənir. Məsələn, tarixi günləri yaxĢı yadda saxlamaq üçün
Ģagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər.
Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal
Ģəkildə inkiĢaf etməyə baĢlayır. Yeniyetmələr müəllimin
köməyi əsasında yaddasaxlamanın səmərəli yollarından
istifadə etməyə baĢlayırlar. Beləliklə, yeniyetmələr məntiqi,
eləcə də ixtiyari hafizədən istifadəyə üstünlük verirlər. Bunun
sayəsində
mexaniki
hafizənin
inkiĢafı
ləngiyir.
Yeniyetmələrdə yaddasaxlamanı yaxĢılaĢdırmaq yollarına
maraq artır.
Yeniyetməlik dövründə
diqqətin inkiĢafında da
özünəməxsus xüsusiyyətlər müĢahidə olunur. Bu dövrdə
diqqətin tez-tez yayınması halları özünü göstərir. UĢağın təlim
fəaliyyətindəki əsaslı dəyiĢikliklər, tələbat və maraq dairəsinin
dəyiĢməsi, Ģagirdin ayrı-ayrı fənlərə, müəllimlərə münasibəti,
keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu,
cinsi yetiĢmənin baĢlanması ilə əlaqədar güclü təəssüratlar,
yaĢlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və
inkiĢafına, burada mənfi halların özünü göstərməsinə səbəb
ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit
ixtiyari diqqət inkiĢaf etməyə baĢlayır. Diqqətin həcmi,
davamlılığı, paylanması nisbətən məhsuldar xarakter daĢıyır.
Yeniyetməlik dövründə
təxəyyülün inkiĢafında xeyli
irəliləyiĢ baĢ verir. Bərpaedici təxəyyül yüksək inkiĢaf səviy-