MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə437/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   433   434   435   436   437   438   439   440   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
256 
256 
statusunun yaranmasına, bu da öz növbəsində onun özü 
haqqında təsəvvürlərinin dəyiĢməsinə gətirib çıxarır. 
Yeniyetmələrdə yaĢlılıq hissinin yaranmasında onun 
düĢdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox 
vaxt yaĢca böyük uĢaqların olması və onların yeniyetməni 
qəbul etməsi yaĢlılıq hissini bir daha gücləndirir. 
YaĢlılıq hissinin inkiĢafında yeniyetmənin özü üçün 
davranıĢ etalonu kimi seçdiyi nümunənin əhəmiyyəti 
böyükdür. Oğlanların formalaĢan kiĢi idealının məzmununda 
“əsil kiĢayə” xas olan keyfiyyətlər yer tutmağa baĢlayır. Bu 
cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən 
dostluğa, yoldaĢlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar 
baĢqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-
fiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da 
sərvət meylləri əsaslı Ģəkildə dəyiĢir. Onların davranıĢ və 
rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm 
rol oynamağa baĢlayır.
VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak 
proseslərinin inkiĢafı 
Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir 
sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər Ģeydən əvvəl, onlarla 
bir müəllim deyil, bir neçə müəllim məĢğul olmağa baĢlayır. 
Adətən, çox vaxt həmin müəllimlər öz davranıĢ, ünsiyyət 
üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-
birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin 
qarĢısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər 
bir yeni müəllimə fərdi olaraq uyğunlaĢmağa məcbur edir. 
Bununla yanaĢı olaraq yeniyetməlik yaĢı dövründə ayrı-ayrı 
müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə 
baĢlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən 
zəhlələri gedir, bəzilərinə qarĢı isə laqeyd olurlar.



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin