www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 256
256
statusunun yaranmasına, bu da öz növbəsində onun özü
haqqında təsəvvürlərinin dəyiĢməsinə gətirib çıxarır.
Yeniyetmələrdə yaĢlılıq hissinin yaranmasında onun
düĢdüyü referent qrup da müəyyən rol oynayır. Bu qrupda çox
vaxt yaĢca böyük uĢaqların olması və onların yeniyetməni
qəbul etməsi yaĢlılıq hissini bir daha gücləndirir.
YaĢlılıq hissinin inkiĢafında yeniyetmənin özü üçün
davranıĢ etalonu kimi seçdiyi nümunənin əhəmiyyəti
böyükdür. Oğlanların formalaĢan kiĢi idealının məzmununda
“əsil kiĢayə” xas olan keyfiyyətlər yer tutmağa baĢlayır. Bu
cür keyfiyyətlərə bir tərəfdən qüvvət, iradə, digər tərəfdən
dostluğa, yoldaĢlığa sədaqət aid olur. Yeniyetmə oğlanlar
baĢqa adamları və özünü qiymətləndirərkən məhz həmin key-
fiyyətləri əsas götürürlər. Yeniyetməlik dövründə qızların da
sərvət meylləri əsaslı Ģəkildə dəyiĢir. Onların davranıĢ və
rəftarlarında qadınlıq haqqındakı etalon və stereotiplər mühüm
rol oynamağa baĢlayır.
VI.21.4. Yeniyetmələrin təlim fəaliyyəti və onlarda idrak proseslərinin inkiĢafı Yeniyetmələrin təlim fəaliyyəti kiçik məktəblilərdən bir
sıra xüsusiyyətlərinə görə fərqlənir. Hər Ģeydən əvvəl, onlarla
bir müəllim deyil, bir neçə müəllim məĢğul olmağa baĢlayır.
Adətən, çox vaxt həmin müəllimlər öz davranıĢ, ünsiyyət
üslublarına, eləcə də dərsi aparma tərzlərinə görə bir-
birlərindən fərqlənirlər. Ayrı-ayrı müəllimlər yeniyetmənin
qarĢısına müxtəlif tələblər qoyurlar. Bu isə yeniyetmələri hər
bir yeni müəllimə fərdi olaraq uyğunlaĢmağa məcbur edir.
Bununla yanaĢı olaraq yeniyetməlik yaĢı dövründə ayrı-ayrı
müəllimlərə fərqləndirici münasibət özünü göstərməyə
baĢlayır. Yeniyetmələr bəzi müəllimləri sevir, bəzilərindən
zəhlələri gedir, bəzilərinə qarĢı isə laqeyd olurlar.