MahirəNərimanqızı


lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə435/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   431   432   433   434   435   436   437   438   ...   613
lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni 
zamanda bildirir ki, o elə bu cür də olmaq istəyir
.
Valideynlərin tələblərinin bu cür rədd edilməsi ailədə olduqca 
gərgin münasibətlərin yaranmasına gətirib çıxarır. 
6. 
Yeniyetmə valideynlərinin neqativ qiymətini 
görmür, hiss etmir
.
Gözlənilən qiymət özünüqiymətləndir-
mədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti 
neqativ xarakter daĢıyır. Valideynləri tərəfindən real Ģəkildə 


www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
254 
254 
rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik 
Ģüurunda valideyn münasibətlərini, əgər o, valideynlərinin 
sevimlisi olsaydı onların münasibətlərinin necə ola biləcəyi 
formasında dəyiĢdirir. 
Yeniyetməlik yaĢında 
əxlaqi şüurun
inkiĢafı da baĢ 
verir. bu dövrdə əxlaqi Ģüurun formalaĢmasında yaĢlılarla 
müxtəlif fəaliyyət növlərində qarĢılıqlı əlaqəsi mühüm rol 
oynayır. Yeniyetmələrdə əxlaqi Ģüurun formalaĢmasında 
Ģagird kollektivinin də müstəsna rolu vardır. 
Yeniyetmənin əxlaqi Ģüurunda iki yeni xüsusiyyət 
meydana çıxır: 1) bu dövrdə ictimai davranıĢla bağlı norma və 
qaydalar, insanların bir-birilə qarĢılıqlı münasibətilə bağlı 
normalar diqqət mərkəzində olur; 2) yeniyetmədə təsadüfi 
təsirlərdən asılı olmayaraq nisbətən sabit əxlaqi görüĢlər, 
hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə 
təzahür etməyə baĢlayır.
Psixoloqlar belə bir qənaətə gəlmiĢlər ki, yeniyetməlik 
yaĢı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir 
(Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaĢlıq müna-
sibətlərini tənzim etdiyi üçün onu «yoldaĢlıq məcəlləsi» 
adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaĢ yoldaĢının 
hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. 
Professor Ə.Əlizadənin qeyd etdiyi kimi, hörmət, qayğı, 
müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz 
mənası, öz təfsiri var. Bu yozuma görə dərs vaxtı, imtahan 
zamanı yoldaĢ yoldaĢa Ģpalqalka ötürməlidir, nəyin bahasına 
olur-olsun 
onun 
tərəfini 
saxlamalıdır. 
«yoldaĢlıq 
məcəlləsində» məhz bu cür sərt «sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaĢmağa baĢlayır. 
Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, 
öz qüsurlarını aradan qaldırmasına təkan verir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin