MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə440/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   436   437   438   439   440   441   442   443   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya.
 
Psixologiya
259 
259 
259 
259 
259 
259 
259 
259 
259 
yəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyl 
yüksək olur. YaĢ artdıqca yeniyetmələrin təxəyyülü dəyiĢir. 
14-15 yaĢlarda təxəyyül surətləri daha real və daha tənqidi 
xarakter daĢımağa baĢlayır. Bununla yanaĢı olaraq həmin 
dövrdə də yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara 
bilmirlər. 
Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkiĢaf etmiĢ 
olur. Yeniyetmələrin təxəyyülünün inkiĢafı təlim materialını 
daha səmərəli və yaradıcı Ģəkildə mənimsəmələrinə imkan 
verir. Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq 
etməyə baĢlayırlar.
Yeniyetmələrdə 
təfəkkürün
 
inkiĢafında xüsusilə irəlilə-
yiĢ baĢ verir. Onların təfəkkürü kiçik məktəblilərin təfək-
küründən əsaslı Ģəkildə fərqlənir. Bu dövrdə təfəkkür daha 
ümumiləĢmiĢ, daha dərin və mücərrəd xarakter daĢıyır. 
Adətən, kiçik məktəblilər əsasən konkret cisimləri müqayisə 
edir, fərdi hökmlərin ifadəsinə üstünlük verir, baĢlıca olaraq 
ümumi təsəvvürlərə və məiĢət anlayıĢlarına əsaslanırlar. 
Yeniyetmələr isə elmi anlayıĢları mənimsəyir və onlara istinad 
edirlər. Daha çox ümumi hökmlərdən istifadə edir, onların 
təfəkkürü ən çox mücərrəd xarakter daĢımağa baĢlayır. 
Yeniyetmələrdə mücərrəd təfəkkür sürətlə inkiĢaf edir.
Bu dövr mücərrəd təfəkkürün inkiĢafı üçün senzitiv 
dövr hesab olunur. Konkret və əyani-obrazlı təfəkkür öz yerini 
mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü 
geniĢ ümumiləĢdirməyə cəhd göstərməklə səciyyələnir. Hansı 
davranıĢ 
formasını 
seçməsindən 
asılı 
olmayaraq 
yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü 
göstərir. 

Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin