Əxlaqi Ģüurun inkiĢafı.
Ġlk gənclik dövründə mənlik
Ģüuru ilə yanaĢı əxlaqi Ģüurun inkiĢafında da əsaslı dəyiĢiklik
www.elmler.net
-
Virtual İnternet Resurs Mərkəzi
Ümumi psixologiya. Psixologiya
268
268
baĢ verir. Bu dövr yeni əxlaq səviyyəsinə - konvensional
əxlaqa keçidlə xarakterizə olunur (L.Kolberq). Psixoloqlar bu
cəhəti onunla izah edirlər ki, uĢaq öz inkiĢafı prosesində
əvvəlcə əxlaqi davranıĢın “xarici” normalarına istinad edir.
Böyüklərin onu cəzalandırmasından yaxa qurtarmaq, onlar
tərəfindən rəğbətləndirilmək üçün özünü yaxĢı aparır,
hərəkətlərinin böyüklər tərəfindən necə qarĢılanacağını əsas
götürürlər. Lakin inkiĢafın sonrakı mərhələsində Ģagirdlərdə
əxlaqi davranıĢın “xarici” norma və qaydaları daxili - əqli
plana keçir. Ona görə də bu dövrdə böyük məktəblilər onlar
üçün əhəmiyyətli olan adamlar tərəfindən bəyənilmək və
müəyyən qaydanı gözləmək tələbatının təsiri altında özlərini
yaxĢı aparmağa çalıĢırlar. Buradan isə aydın olur ki, bu
dövrdə məktəblilər hələ də xarici, formal əlamətləri əxlaqi
tələblərin mənbəi kimi qavrayırlar. Tədricən psixi inkiĢafın
yüksəlməsi ilə bağlı olaraq böyük məktəblilərdə dərkolunmuĢ
əxlaqi prinsiplər təĢəkkül tapmağa baĢlayır. Əxlaqi davaranıĢ
konkret Ģəraitin və ayrı-ayrı Ģəxslərin təsirindən azad olur.
Oğlan və qızlar avtanom əxlaqa malik olur.
Müasir gənc oğlan və qızlarda həyatın özü əvvəlki on
illiklərindən fərqli psixologiyanın formalaĢmasına səbəb
olmuĢdur. Bununla, əlaqədar olaraq gənclərin əxlaqi-etik
problemlərə münasibəti də dəyiĢmiĢdir. Bu sahədə gənclərin
daha cəsarətli baxıĢları özünü göstərir.
Müasir gənc oğlan və qızların bir sıra əxlaqi anlayıĢlara
münasibəti dəyiĢmiĢdir. Məsələn, «ədalətlilik» anlayıĢı artıq
gənclər tərəfindən əvvəllər baĢa düĢülən stereotip Ģəklində –
«ədalətlilik odur ki, heç kimin arasında fərq qoyulmasın»
Ģəklində qavranılmır. Müasir böyük məktəblilər ədalətliliyi
«hər kəsdən imkanlarına görə və hər kəsə gördüyü iĢə və ya
insanların ümumi rifahı üçün verdikləri real töhvəyə görə»
yanaĢmaqda görürlər.
Müasir gənclərin təmizlik, saflıq, düzgünlük kimi əxlaqi
anlayıĢlara münasibətləri də dəyiĢmiĢdir. Bu anlayıĢlar, bir
tərəfdən yaĢ artdıqca böyük məktəblilər üçün öz əbədi
|