MahirəNərimanqızı



Yüklə 6,04 Mb.
Pdf görüntüsü
səhifə446/613
tarix25.12.2023
ölçüsü6,04 Mb.
#194810
növüDərs
1   ...   442   443   444   445   446   447   448   449   ...   613
www.elmler.net
 - 
Virtual İnternet Resurs Mərkəzi
 
Ümumi psixologiya. Psixologiya
266 
266 
və fəaliyyətlərinin bütün sahələrini əhatə etməlidir; üçüncüsü, 
onların dostluğu ən çox emosional olmalıdır, dost öz dostunun 
sevinc və kədərini onunla bölüĢdürməlidir.
Ġlk gənclik dövründə oğlanlarla qızlar arasındakı 
qarĢılıqlı münasibətlərdə də əsaslı dəyiĢiklik baĢ verir. 
Yeniyetməlikdən fərqli olaraq bu dövrdə oğlan və qızlar 
arasındakı qarĢılıqlı münasibətlər xeyli fəallaĢır. YoldaĢlıq 
münasibətlərinin sahəsi geniĢlənir. Xüsusilə qızlarda qarıĢıq 
dostluğa tələbat güclənir. Ġlk gənclik yaĢının əvvəllərindən 
baĢlayaraq məktəblilərdə məhəbbət hissi özünü göstərməyə 
baĢlayır. Ona görə də cinslərarası qarĢılıqlı münasibətlər 
tərbiyə iĢinin əsas problemlərindən birinə çevrilir. 
Mənlik Ģüurunun inkiĢafı.
Ġlk gənclik dövründə 
məktəblilərdə böyüklük hissi yüksəlir. Məktəblilər özlərinin 
artan imkanlarını dərk etməyə baĢlayırlar. Bütün bunlar həmin 
dövrdə özünüdərketmə meylinin daha sürətlə inkiĢaf etdiyini 
göstərir. Bu dövrdə gənclər özlərini, öz Ģəxsiyyətlərini yaxĢı 
anlamağa baĢlayır, mənlik Ģüurları, özləri haqqında 
təsəvvürləri dəyiĢir. Onlar bir növ öz mənlərini dərk edirlər. 
bu dövrdə məktəblilərdə özünüdərketmənin inkiĢafı ilə yanaĢı 
mənlik Ģüurunun məzmunu da dəyiĢir, özləri haqqında təsəv-
vürləri artır. Oğlan və qızlar özlərinin xarici görkəmini
simalarını tamamilə yeni Ģəkildə qavramağa baĢlayırlar. Zahiri 
görkəmlərindəki kiçicik bir qüsur onları hədsiz dərəcədə 
narahat edir. Ġlk gənclik dövründə gənclər özlərini 
qiymətləndirərkən ayrı-ayrı hərəkətlərini təhlil edir, özləri 
haqqında müəyyən mühakimələr yürüdürlər. Yeniyetmələrdən 
fərqli olaraq böyük məktəblilərdə özünüqiymətləndirmə 
onların öz davranıĢ və fəaliyyətlərini müstəqil olaraq təhlil 
etmək əsasında cərəyan edir. Ona görə də ilk gənclik 
dövründə özünüqiymətləndirmədə bir sıra uyğunsuzluqlar 
özünü göstərə bilir.
Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ilk gənclik 
dövründə ən mühüm psixoloji hadisə özünüdərketmənin və öz 
«mən»inin, öz Ģəxsiyyətinin davamlı obrazının yaranmasıdır. 



Yüklə 6,04 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   613




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin