www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 269
269
269
269
269
269
269
269
269
romantikliyini itirir, digər tərəfdən, gənclər tamamilə real
mövqeyə əsaslanır və adamların: valideynlərin, müəllimlərin,
yoldaĢların və dostların həqiqi hərəkətləri bundan asılı olaraq
qiymətləndirilir. Bu prinsip daha aydın Ģəkildə böyük
məktəblilərin öz müəllim və valideynlərinə münasibətlərində
təzahür edir. Gənc oğlanlar və qızlar onları həmin cəhətə görə
daha çox qiymətləndirir və qəlbən sevirlər. Bu hal kiçik
məktəb yaĢı və yeniyetməlik dövründə özünü göstərmir.
Psixoloji tədqiqatlar göstərmiĢdir ki, gənclik dövründə
məktəblilər borc, Ģərəf, Ģəxsi qürur hissi, vicdan, təvazökarlıq
kimi mürəkkəb əxlaqi kateqoriyaların mahiyyətini dərk
edirlər. Bununla belə onlar həmin anlayıĢların Ģərhi zamanı,
eləcə də əxlaqi davranıĢı həyata keçirərkən bəzi qüsurlara yol
verirlər.
Ümumiyyətlə götürdükdə, orta məktəbi qurtaran oğlan
və qızların əksəriyyəti özlərini praktik olaraq əxlaqi cəhətdən
formalaĢmıĢ, yetgin və kifayət qədər davamlı əxlaqa
yiyələnmiĢ adam kimi göstərirlər. Bu isə qabiliyyətlər,
motivlər və xarakter əlamətləri ilə yanaĢı Ģəxsiyyətin
dördüncü mühüm yenitörəməsi kimi özünü göstərir.
VI.22.3. Böyük məktəblilərin təlim fəaliyyəti və idrak proseslərinin inkiĢafı Ġlk gənclik dövründə təlim fəaliyyətinin ümumi xarakteristikası. Ġlk gənclik dövründə təlim fəaliyyəti bir sıra
xüsusiyyətlərinə görə məktəb yaĢının əvvəlki dövrlərindən
fərqlənir. Bu dövrdə təlim fəaliyyəti həm məzmun, həm də
formaca yeni xüsusiyyətlər kəsb edir. Təlim fəaliyyətinin
məzmununa yeni anlayıĢlar sistemi daxil olur. Onlar özlərinin
əhatəliyinə görə əvvəlkilərdən fərqlənir. Mücərrəd anlayıĢların
miqdarı artır. Yeni fənlərin və bilik sahələrinin öyrənilməsi
tələb olunur. Təlimin formasında da dəyiĢiklik baĢ verir.