www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya 272
272
ictimai iĢlər zamanı yerinə yetirdikləri iĢlərin əhəmiyyətini
dərk etmələri ilə bağlı olur. Böyük məktəblilər bəzən bütün
dərs müddətində diqqətlərini onun üzərində saxlaya bilirlər.
Bununla yanaĢı olaraq böyük məktəblilərdə diqqətin həcmi
əsaslı Ģəkildə geniĢlənir. Bu, böyük məktəblilərin öyrən-
diklərini əvvəllər öyrənmiĢ olduqları ilə əlaqələndirə bilmək
bacarığı ilə Ģərtlənir. Böyük məktəblilər diqqətlərini
paylamaqda və keçirməkdə çətinlik çəkmirlər.
Ġlk gənclik yaĢında
hafizənin inkiĢafı nəzərə çarpacaq
dərəcədə yüksəlir. Mənalı, məntiqi yaddasaxlama üstünlük
təĢkil edir. Bu dövrdə məktəblilər yaddasaxlamanın səmərəli
yollarından istifadəyə geniĢ yer verirlər.
Ġlk gənclik dövründə
təfəkkürün inkiĢafında da əsaslı
yüksəliĢ baĢ verir. Bu dövrdə məktəblilərin təfəkkürü özünün
müstəqilliyi, tənqidiliyi, ardıcıllığı, nəzəri və mücərrəd
xarakter daĢıması ilə fərqlənir. Təfəkkürün proseslərindən və
formalarından yerində və düzgün istifadə etmək imkanları
artır. Bütün bunlarla yanaĢı bu dövrdə məktəblilərin ümu-
miləĢdirmələrində bəzən tələsgənlik ucundan qüsurlar özünü
göstərə bilir.
Təlim prosesində böyük məktəblilərdə
bərpaedici təxəyyüllə yanaĢı
yaradıcı təxəyyülün inkiĢafı üçün də geniĢ
imkan yaranır. Bu hal ən çox Ģagirdlərin yaradıcı fəaliyyətdə
özünü aydın göstərir.
Bütün qeyd edilənlərlə yanaĢı ilk gənclik dövründə
məktəblilərdə
maraq və
tələbatlar , xüsusilə mənəvi tələbatlar
inkiĢaf edir. Onlar elmin, texnikanın, cəmiyyət və onun həyat
tərzinin müxtəlif sahələri ilə maraqlanmaqla yanaĢı, onlarda
ünsiyyətə, incəsənətə, əxlaqi davranıĢ normalarını həyata
keçirməyə mənəvi tələbatlar formalaĢır.