www.elmler.net -
Virtual İnternet Resurs Mərkəzi Ümumi psixologiya. Psixologiya
92
olmadığına (B əlaməti) fikir vermədiyi üçün səhv
ümumiləĢdirmə aparılır ki, bu da çox vaxt səhvlərlə nəticələnir.
Eyni hal təkcə iki dilin əlamətlərinin deyil prinsiplərinin
keçirilməsi səviyyəsində də özünü göstərir. Bəzən öyrənən
adamlar ana dilində prinsipin yalnız bir cəhətini , həm də
formal cəhətini fərqinə varmadan öyrəndiyi dilin faktlarına da
Ģamil edir ki, bu da bəzən istənilən nəticəni vermir.
Ona görə də keçirilmənin həmin səviyyəsi hələ əsl
müsbət keçirilmə hesab oluna bilməz. Bəs ikinci və sonrakı
dilin öyrənilməsi zamanı keçirilmə hadisəsinin generalizasiya
səviyyəsi nə vaxt özünü göstərir, onun özünəməxsus baĢqa
hansı xüsusiyyətləri vardır?
Psixoloji tədqiqatlar göstərmiĢdir ki. Ġkinci dilin
mənimsənilməsi zamanı baĢ verən keçirilmə hadisəsinin
generalizasiya səviyyəsi ən çox həmin dilin öyrənilməsinin ilk
mərhələlərində təzahür edir. Əvvəl qeyd etdiyimiz kimi çox
vaxt ikinci dili mükəmməl Ģəkildə ali məktəbdə mənimsəməyə
baĢlayan tələbə bu halla qarĢılaĢır. Bu zaman ana dilinin həm
formaca həm məzmunca,
denotatlar səviyyəsində oxĢar
cəhətləri ikinci dilə keçirilir. Nəticədə həm
forma, həm də
məzmun generalizasiyası baĢ verir.
Forma oxĢarlığının keçirilməsi birinci növbədə oxĢar
qrammatik quruluĢu, dil faktlarının bu və ya digər anlayıĢa aid
edilməsinin müəyyənləĢdirilməsi Ģəklində özünü göstərir. Həm
də bəzən ana dilində də o qədər səmərə verməyən, lakin
möhkəmlənmiĢ priyomların ikinci dilin öyrənilməsində də
tətbiqi müĢahidə olunur. Məsələn, üzərində tədqiqat aparılan
tələbə ana dilindi hər hansı bir sözü müəyyən qrammatik
kateqoriyaya aid etmək üçün qrammatik sualdan (formal
qrammatik) istifadə etdiyi kimi, ikinci dildə də həmin əlamətə
istinad edir. Yaxud ana dilinin tələffüz xüsusiyyətlərini, onun
intonasiya və vurgusunu olduğu kimi öyrəndiyi dildə tətbiq
edir.
MüĢahidələr göstərir ki, generalizasiya səviyyəsində