www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
104
104
Eyni xətt «din islahatı» adı altında da aparılır, «İslam
birliyi»ni parçalamaq üçün ayrı-ayrı təriqətlərin inkişafına geniş
şərait yaradılırdı (biz bu gün də həmin xəttin davam
etdirilməsinin şahidləriyik). Belə ki, çar Rusiyasının şərqşünas-
ları İslam dininin əsasını təşkil edən Quranı və Sünnəni bir
kənara qoyaraq, ayrı-ayrı təriqətlərlə bağlı tədqiqatlar aparır və
əsərlər, jurnallar nəşr edirdilər. Onlar bu işə Mirzə Kazım bəy
kimi Azərbaycan türk mütəfəkkirini də cəlb etməklə məsələnin
əsil mahiyyətini gizlətməyə çalışırdılar. Məsələn, Axundzadə
«əlifba və din islahatları» uğrunda çalışdığı bir zamanda,
M.Kazım bəy türk dilinin ayrı-ayrı ləhcələri və ənənəvi İslam
dininə aidiyyəti olmayan ayrı-ayrı təriqətlərlə bağlı əsərlər
yazmışdır. Çar Rusiyası maraqlı idi ki, burada yaşayan türk-
tatarların vahid millət (türk-tatar: azərbaycanlı, başqırt, özbək,
qazax və b.), vahid dil (türk dili: Azərbaycan, tatar, qazax və s.),
vahid din inancları (İslam dini: sünni, şiə, bəhai, vahabi, şeyxilik
və b.) aradan qaldırılsın və parçalansın. Bu mənada, çar
Rusiyasında sünni və şiə ayrımçılığı açıq şəkildə təbliğ olunurdu.
Çar ideoloqları bu işə Axundzadə, Mirzə Kazım bəy kimi yerli
aydınları da cəlb etməyə çalışırdı.
Məsələn, Axundzadə XVIII əsr fransız maarifçilərinin
(J.J.Russo, F.Volter və b.), təsiri altında hesab edirdi ki,
müsəlman dünyasının geriliyinin yeganə səbəbkarı İslam dinidir.
Bu mənada, xristian dinində olduğu kimi (protestantizm, lüteran-
çılıq və b.), hökmən İslam dinində də islahatlar aparmaq
lazımdır. Eyni zamanda, o, Qərb mədəniyyətinin təsiri altında
konstitusiyalı dövlətin yaranmasının, dinin dövlətdən ayrı
olmasınının zəruriliyni yazmışdır [21, 268].
Fikrimizcə, Axundzadə dini dünyagörüşdə, dini şüurda
yeniləşmələr edilərək yalançı ruhaniləri və din xadimlərini ifşa
|