www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
143
ruhanilərin əməllərinin üst-üstə düşmədiyini və bu dində faydalı
cəhətlərin olmasından bəhs etmişdir [79, 191].
Ümumiyyətlə, Nərimanov SSRİ dövründə bir neçə dəfə
əvvəllər özünün antislamçılıq və antitürkçülük mövqeyində
olması barədə fikirlər səsləndirmişdi. Ancaq Nərimanov beynəl-
miləlçiliyini və antislamçılığını elə bir formada təqdim edir ki,
ziddiyyət açıq-aşkar hiss olunur. Məsələn, o yazırdı ki, Nikolayın
süqutundan əvvəl panislamistlərlə bir yerdə işləsə də (!), onların
ideyalarına ciddi yanaşmamışdır: «.. hələ Nikolayın süqutundan
əvvəl mən panislamistlərlə işləmişəm, bizim bir məqsədimiz
vardı – Nikolayı yıxmaq, onlar da Nikolayı yıxmaq istəyirdilər,
biz də. Lakin onlar panislamizmdən danışmağa başlayanda, mən
həmişə gülüb deyirdim: Heç vaxt siz millətəri islam bayrağı
altında toplaya bilməyəcəksiniz, heç vaxt fars Türkiyənin
bayrağının altında yaşamağa razı olmayacaq, heç vaxt türk razı
olmaz ki, başı üstündə İran tayfası ağalıq etsin» [259, 495].
Bununla da, Nərimanov 1917-ci il Rusiya burjua inqilabın-
dan sonra deyil, əvvəllər də beynəlmiləlçi və marksist olmasını
sübut etməyə çalışmışdır ki, bu məsələ də, onu başa düşmək
çətin deyildir. O, sosial-demokratizmə təsadüfən üz tutmadığını
əsaslandırmaq üçün özünü beynəlmiləlçi kimi qələm verirdi.
Əgər Nərimanov 1917-ci il fearal burjua inqilabından sonra
sosial-demokratizmə deyil, milli-demokratizmə üz tutsaydı o
zaman da, vaxtilə türklük və islamla bağlı yazılarını nümunə
göstərəcəkdi. Hətta, bizcə, Nərimanov milli-demokratizm xəttini
seçib, bu zaman mövqeyini əsaslandırmaq üçün vaxtilə islama və
türklüyə bağlı olduğunu iddia etmiş olsaydı daha inandırıcı və
gerçək görünərdi. Deməli, sovet dövründə bu fikri ifadə edən
Nərimanov siyasi-ideoloji mühitə uyğun olaraq çıxış etmiş,
|