www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
142
142
etmişdir. Görünür, bunu nəzərə alaraq Rəsulzadə xatirələrində
yazırdı ki, Nərimanov 1906-cı ildə nəşr olunan «Qara qartallar»
adlı məqaləsində marksizmi və sosializmi rədd etmiş, bir çox
əsərlərində isə İslamın əsaslarını əsrin elm və fənlərinə qarşı
qoymuşdur [245, 193]. SSRİ dövründə bolşeviklərdən
Ə.Qarayev, M.D.Hüseynov və H.Cəbiyev də Nərimanov
haqqında yazırdılar ki, o, 1917-ci ilə qədər bolşevik hərəkatından
uzaq olmuşdur [100, 59].
Fikrimizcə, bu cür mülahizələr heç də əsassız deyil. Çünki
Nərimanov ilk əsərlərindən biri olan «Bahadır və Sona»
romanında (1890-cı illər) millətin cahil və avam olmasının
səbəbi kimi azılan əsərlərin milli tərbiyədən, milli ruhdan uzaq
olması və onlara bunu verəcək milli məktəblərin olmamasını
göstərmişdir. Onun fikrincə, milli ruhda əsərlər yazıb millətin
ruhunu təmizləmədən, naxoş və kor millətdən nə isə gözləmək
faydasızdır [168, 178-179]. Hətta, Nərimanov bu yolda İslam
dininin də mühüm rol oynadığını ifadə etmişdir [168, 165].
Maraqlıdır ki, o, sovet dövründə isə bu əsərində beynəl-
miləl ideyaları təbliğ edərək, müsəlmanlar arasında hər cür dini
inkar etdiyini yazmışdır. Buna nümunə kimi də erməni Sona ilə
türk Bahadırın sevgisini göstərmişdir [168, 438]. Ancaq həmin
əsər mahiyyət etibarilə dinlərin inkar deyil, azad sevgiyə
dözümlü yanaşmağı təbliğ edir. Sadəcə, o, sovet dövründə rus
bolşevizmi xəttini seçdiyi üçün vaxtilə islamlıq və türklüyü
deyil, beynəlmiləlçiliyi müdafiə etdiyini iddia etmək zorunda
qalıbdır. Çünki onun həmin dövrdə millət və islama münasibəti
heç də inkarçılıq xarakter daşımamış, tərsinə İslama çox ehtiyatla
yanaşmış, bu dində bütün elmlərin öyrənilməsinə önəm
verildiyini xüsusilə vurğulamışdı [168, 263]. O, sonralar yazıdığı
«Tibb və İslam» əsərində də İslamın əsil mahiyyətinin
|