www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
101
bunu əvəzində toplumda və dövlətdə qəti şəkildə ağlın
hakimiyyəti üstün olmalıdır [236, 69]. Bu isə o deməkdir ki,
milli və dini dəyərlər yaşatmaq üçün həmişə müasir ruhlu olmaq
hər hansı millətin başlıca qayəsi olmalıdır. Yalnız müasir ruhlu
milli və dini dəyərlərə sahib millət ayaq üstə durar və dünya
durduqca var olar.
1.3. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası:
qərbpərəstlik, «molla nəsrəddinçilik», milli sosial-
demokratiya, marksist-leninçi sosial-demokratiya
Şimali Azərbaycanda milli ideyanın axtarışında ikinci
xəttə meyil göstərənlər və onun fəal təbliğatçıları sırasında
M.F.Axundzadə, M.Kazım bəy, M.A.Şahtaxtlı, C.Məmməd-
quluzadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, S.M.Əfəndiyev,
N.Nərimanov və başqalarını göstərə bilərik. Bu mənada, çar
Rusiyası və Sovet Rusiyası dövründə bu və ya digər formada
«isti» münasibətlər görən bu Azərbaycan mütəfəkkirlərini
birləşdirən ümumi cəhətləri aşağıdakı kimi qurplaşdırmaq olar:
1.
İslam dini əleyhdarlığı və ateizmə meyillilik;
2.
Rus-Avropa-Qərb mədəniyyətinə ifrat aludəçilik;
3.
Türk-İslam mədəniyyətini ifrat dərəcədə tənqid;
4.
Milli mənsubiyyət məsələsinə türkçülük deyil, türklük
səviyyəsində yanaşma (yəni türk kimliyini qəbul
etməklə yanaşı, türk adət-ənənələrinə köhnəlmiş
törələr kimi baxmaq və s.).
Fikrimizcə, yeniləşməkdə qərbləşmək yolu tutmuş bu
mütəfəkkirlər xüsusilə İslam dininə münasibətdə əsasən mənfi
rəydə olmuş, müsəlman şərqi ölkələrində hökm sürən cəhalət və
|