www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
102
102
nadanlığın baiskarı kimi İslam dinini və mühafizəkar milli adət-
ənənələri görmüşlər.
Yenilikçi və qərbçi M.F.Axundzadə. Yuxarıdakı tezisləri
Azərbaycan türkləri arasında ilk dəfə Mirzə Fətəli Axundzadə
müdafiə etmiş və kosmopolitizmə yuvarlanmışdır. İslam dinini
xurafat və mövhumat kimi dəyərləndirən, Türk mədəniyyətinə
və Türk tarixinə əsasən aşağılayıcı gözlə baxan Axundzadə nicat
yolunu faktiki ümümbəşəri ideya hesab etdiyi Avropa
demokratiyasında və Hind-Avropa nəzəriyyəsində görmüşdü. Bu
mənada, Avropa fəlsəfəsindən, demokratiyasından hərarətlə bəhs
edən, Sasanilər dövrünü qızıl dövr adlandıran Axundzadənin
Türk-İslam mədəniyyətinə və tarixinə isə əsasən, daha çox
gerilik və barbarlıq kimi yanaşmasını təsadüfi saymaq yanlışlıq
olardı.
Çünki Axundzadənin Rus-Avropa-Qərb-Sasani-Fars-Zər-
düştizm sevgisi genetik-qan yaddaşının oyanmasından çox
şüurunda baş verən dəyişikliklərin nəticəsi idi. Mütərəqqi hadisə
kimi görünən «əlifba islahatı» (ilk baxışda mütərəqqi mahiyyət
daşıyan ərəb əlifbasında ya dəyişikliklərin edilməsi, ya da latın
əlifbasına keçilməsi ideyası müsəlman-türk birliyini parçala-
mağa yönəlmişdir), «din islahatı» ideyaları altında əslində əsasən
«İslam birliyi»nin, müəyyən qədər isə türk ruhunun zədə-
lənməsinə yönəlmişdir. Hər iki məsələdə əsas məqsəd ortaq
əlifbanı və ortaq İslam-Türk mədəniyyətini parçalamaq idi. Bu
səbəbdəndir ki, M.F.Axundzadənin, M.A.Şahtaxtlının «əlifba və
din islahatları», Mizə Kazım bəyin «dil islahatı» Rus-Avropa
alimləri tərəfindən rəğbətlə qarşılanmış və onlara lazımı
dəstəklər verilmişdir. Vaxtilə Əli bəy Hüseynzadə bu «islahat-
lar»ın antislam, antitürk mahiyyətini görərək bildirmişdir ki,
«əlifba islahatı»nın (Buna «din islahatı»nı da əlavə etmək
|