MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə133/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   129   130   131   132   133   134   135   136   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

127 


ideoloqları  (Hüseynzadə,  Ağaoğlu  və  b.)  Vətəni  tərk  etməyə 

məcbur  etdikləri  halda,  M.Şahtaxtlıya,  C.Məmmədquluzadəyə 

və  onlarla  həmfikir  olanlara  toxunmamışdır.  Çünki  milli 

ideoloqlardan fərqli olaraq şahtaxtlıların, məmmədquluzadələrin 

bir çox məsələlərə baxışları çar Rusiyasının maraqları ilə üst-üstə 

düşürdü. 

Maraqlıdır ki, müstəqillik dönəmində bir çox tədqiqatçılar, 

əsasən  də  sovet  dövrünün  yetişdirməsi  olanlar  hazırda 

Şahtaxtlını, Məmmədquluzadəni böyük  azərbaycançı ideoloqlar 

kimi  qələmə  verirlər.  Bu  cür  tədqiqatçılar  (Y.Qarayev, 

S.Vəliyeva 

və 


b.) 

hesab 


edirlər 

ki, 


M.Şahtaxtlı, 

C.Məmmədquluzadə  azərbaycançılığın  əsas  ideoloqlarından 

olmuşlar. 

Özəlliklə, 

buna 

ən 


bariz 

nümunə 


kimi 

Məmmədquluzadənin  bir  tərəfdən  xurafat  və  mövhumat  (İslam 

dini deyil) əleyhinə mübarizəsi, digər tərəfdən  «Osmanlı  dili»ni 

deyil  Azərbaycan  türkcəsini  müdafiə  etməsini  göstərirlər. 

Məsələn,  Y.Qarayev  onu  «islam  və  şərq  siyasi  mənliyinin 

ideoloqu»  [127,  242],  S.Vəliyeva  isə  azərbaycançılıq  ideyasını 

bütün  çılpaqlığı  ilə  ilk  dəfə  irəli  sürən  mütəfəkkir,  onun  banisi 

kimi qələmə verib [221, 31, 41]. 

Fikrimizcə,  bu  məsələdə  çox  şişirtməyə,  mübaliğəyə  yol 

verilir.  Doğrudur,  M.Şahtaxtlı,  C.Məmmədquluzadə  və  onlarla 

həmfikir  olanlar  Azərbaycan  xalqının,  Azərbaycan  türklərinin 

maariflənməsi  və  azadlığı  uğrunda  müəyyən  işlər  görmüşdür. 

Ancaq ümumilikdə, istər M.Şahtaxtlının, istərsə də C.Məmməd-

quluzadənin  tutduğu    yol  türkçülük  və  islamçılıqdan  yox,  Rus-

Avropa-Qərb mədəniyyəti ilə səsləşmişdir. Onlar hesab edirdilər 

ki, müsəlman ölkələrindəki bütün bəlaların əsas səbəbkarı İslam 

dinidir, bundan çıxış yolu isə İslam mədəniyyətindən imtina edib 

Rus-Avropa-Qərb  mədəniyyətinə  üz  tutmaqla  bağlıdır.  Onların 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin