MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə141/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   137   138   139   140   141   142   143   144   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

135 


əksinə bir çox müddəaları üst-üstə düşür. Bu mənada o, sosial-

demokratizmlə  yanaşı,  islamiyyət  üzrə  birləşməyin  də  vacib 

olduğunu  qeyd  etmişdi.  Çünki  İslamda  da,  sosial-

demokratizmdə də əsas  məsələ insaniyyətdir. M.Ə.Rəsulzadə 

sonralar  yazırdı:  «Hümmət  bayrağına  o  zaman,  xəlifə  Həzrət 

Əlinin  bir  kəlamını  almışdı  və  içərisində  üləmayı  dinindən, 

burjuva  və  fabrikatördən  başlamış  orta  əsnaf,  orta  münəvvər 

sinfinə və əmələsinə qədər hərkəs vardı» [245, 193].  

Maraqlıdır  ki,  M.Ə.Rəsulzadə  həmin  dövrdə  sosial-

demokratizmi  və  islamiyyəti  beynəlmiləlçiliyi  təbliğ  edən 

cərəyanlar  kimi  qəbul  etdiyi  halda,  milliyyətçiliyi  isə  tənqid 

etmişdi.  Rəsulzadə  göstərirdi  ki,  milli  ədavət  toxumunu, 

milliyyət məsələsini ortaya atan ilk növbədə, çar Rusiyasıdır. 

Belə  ki,  çarizm  milliyyət  məsələsindən  istifadə  etməklə 

millətlər  arasında  ziddiyyət  və  düşmənçilik  salır,  sonra  da 

guya, bunun qarşısına almaq bəhanəsilə bəzi xüsusi qanunlar 

verməklə, eləcə də yerlərdəki nökərləri-qulluqçuları vasitəsilə 

Rusiya təbəəsi millətləri: müsəlmanları, erməniləri, gürcüləri, 

polyakları və qeyrilərini təqib edib sıxışdırır [185, 74]. Onun 

fikrincə, çar Rusiyasının bu əməlləri sayəsində bəzi millətlərin 

nümayəndələri  də  milliyyətçilik  fikrinə  düşərək  sinfi 

mübarizəyə  qarşı  çıxırlar.    Bu  baxımdan  Daşnaksütyun, 

Kadetlərin  bloku,  Müsəlmanların  bloku  və  başqaları  təmsil 

olunduqları  millətlərin  adından  danışsalar  da,  əslində  açıq  və 

gizli  şəkildə  onların  düşmənləridirlər:  ««Yer  və  ixtiyar»  ilə 

Müsəlman blokunun arasında heç bir təfavüt yoxdur! Təfavüt 

yoxdur,  deyiriz.  Zira,  həqiqətən  millətçi  olub  üzünü  dürlü-

dürlü maskalar ilə örtən bir millətçinin, aşkara millətçilik edən 

ilə heç bir təfavütü olmasın gərək» [185, 97]. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin