MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə137/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   133   134   135   136   137   138   139   140   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

131 


N.Nərimanov  və  b.)  birmənalı  şəkildə  ruspərəst-qərbpərəst-

beynəlmiləçi məfkurəyə əsaslanmış və Azərbaycanın gələcəyini 

Rusiyadan  və  ruslardan  ayrı  təsəvvür  etməmişlər.  Bu  mənada, 

milli-dini 

məfkurəyə  əsaslananlarla  ruspərəst-qərbpərəst-

beynəlmiləlçi  məfkurəsinə  söykənənlərin  sosial-demokratiyaya 

baxışlarında kəskin fərqlər olmuşdur. 

Milli 

sosial-demokratiya. 

Məsələn, 

milli-dini 

məfkurəyə  əsaslananlardan  bir  qrupunun  sosial-demokratiyaya 

münasibəti  yalnız  rəğbət  xarakter  daşımışdır.  Bu  ruhda  olan 

aydınlarımızdan  Əhməd  bəy  Ağaoğlu ilk dövrlərdə marksizmi 

İslam dininə  zidd saymamış, hətta 1905-1906-cı illərdə  yazdığı 

bəzi məqalələrində sosializmi təqdir etmiş, onun əsas qayəsinin 

bəşər  övladının  mənəvi  və  maddi  səadəti  olduğunu  bəyan 

etmişdi  [159,  172].  Ancaq  sonralar  bir  neçə  məqaləsində 

Ağaoğlu  marksizmi,  xüsusilə  rus  bolşevizmini  kəskin  şəkildə 

tənqid  etmiş,  onun  sosializmlə  bağlı  yazılarına  istinad  edilərək 

«sosialist»  adlandırılmasını  isə  səhv  hesab  etmişdi  [10].  Hətta, 

«Materializmin  təntənəsi  və  əsassızlığı»  məqaləsində  fəlsəfədə 

materializm  cərəyanının  əsassızlığını  sübut  etməyə  çalışan 

Ağaoğlunun fikrincə, müəyyən bir dövrdə «qalib» durumda olan 

Marksın materialist təlimi hazırda öz əhəmiyyətini itirmişdir [9]. 

Ancaq  sonrakı  dönəmlərdə  bu  fikrinin  ziddinə  olaraq 

Ağaoğlunun  yenidən  marksist-leninçiləri  təqdir  etməsi  ilə 

qarşılaşırıq.  

Fikrimizcə, müasirləşməyin yalnız dini sahədə deyil, eyni 

zamanda  milli  məsələdə  (türkçülüklə)  də  uzlaşdırılmasının 

vacibliyi  XX  əsrin  əvvəllərində  müəyyənləşmişdir.  Bu  sahədə 

isə ilk uğurlu addım Əli bəy Hüseynzadə tərəfindən atılmışdır. 

O  hesab  edirdi  ki,  yalnız  islamlıq  və  müasirlik  deyil,  türklükdə 

müasir  ruhlu  olmalıdır.  Bir  sözlə,  müsəlman-türk  dünyasının 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin