www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
131
N.Nərimanov və b.) birmənalı şəkildə ruspərəst-qərbpərəst-
beynəlmiləçi məfkurəyə əsaslanmış və Azərbaycanın gələcəyini
Rusiyadan və ruslardan ayrı təsəvvür etməmişlər. Bu mənada,
milli-dini
məfkurəyə əsaslananlarla ruspərəst-qərbpərəst-
beynəlmiləlçi məfkurəsinə söykənənlərin sosial-demokratiyaya
baxışlarında kəskin fərqlər olmuşdur.
Milli
sosial-demokratiya.
Məsələn,
milli-dini
məfkurəyə əsaslananlardan bir qrupunun sosial-demokratiyaya
münasibəti yalnız rəğbət xarakter daşımışdır. Bu ruhda olan
aydınlarımızdan Əhməd bəy Ağaoğlu ilk dövrlərdə marksizmi
İslam dininə zidd saymamış, hətta 1905-1906-cı illərdə yazdığı
bəzi məqalələrində sosializmi təqdir etmiş, onun əsas qayəsinin
bəşər övladının mənəvi və maddi səadəti olduğunu bəyan
etmişdi [159, 172]. Ancaq sonralar bir neçə məqaləsində
Ağaoğlu marksizmi, xüsusilə rus bolşevizmini kəskin şəkildə
tənqid etmiş, onun sosializmlə bağlı yazılarına istinad edilərək
«sosialist» adlandırılmasını isə səhv hesab etmişdi [10]. Hətta,
«Materializmin təntənəsi və əsassızlığı» məqaləsində fəlsəfədə
materializm cərəyanının əsassızlığını sübut etməyə çalışan
Ağaoğlunun fikrincə, müəyyən bir dövrdə «qalib» durumda olan
Marksın materialist təlimi hazırda öz əhəmiyyətini itirmişdir [9].
Ancaq sonrakı dönəmlərdə bu fikrinin ziddinə olaraq
Ağaoğlunun yenidən marksist-leninçiləri təqdir etməsi ilə
qarşılaşırıq.
Fikrimizcə, müasirləşməyin yalnız dini sahədə deyil, eyni
zamanda milli məsələdə (türkçülüklə) də uzlaşdırılmasının
vacibliyi XX əsrin əvvəllərində müəyyənləşmişdir. Bu sahədə
isə ilk uğurlu addım Əli bəy Hüseynzadə tərəfindən atılmışdır.
O hesab edirdi ki, yalnız islamlıq və müasirlik deyil, türklükdə
müasir ruhlu olmalıdır. Bir sözlə, müsəlman-türk dünyasının
|