MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə135/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   131   132   133   134   135   136   137   138   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

129 


N.Nərimanov, C.Məmmədquluzadə, S.Ağamalıoğlu və başqaları 

yaxından  iştirak  etmişlər. Türk-müsəlman xalqlarının həyatında 

reallaşdırılan  «islahatlar»ın  nəticəsində  ilk  növbədə,  əlifba 

ayrılığı  baş verdi. Bununla yanaşı, çar Rusiyası dövründə təməli 

qoyulan ortaq türk dilinə qarşı yönəlmiş ləhcə fərqlilikləri SSRİ 

dövründə  daha  da  sürətləndirildi.  Əgər  XX  əsrin  əvvəllərində  

türksoylu xalqlar  az-çox bir-birlərinin ləhcələrini başa düşür və 

ortaq  türkcədə  danışa  bilirdilərsə,  SSRİ  dövründə  aparılan 

ruslaşdırma-avropalaşdırma  siyasəti  nəticəsində  bir-birlərini 

anlamayacaq  vəziyyətdə  gətirildilər.  Xüsusilə,  türklərin  böyük 

əksəriyyətinin  yaşadığı  Rusiyada  ortaq  türk  dilinin  Leninin  dili 

olan  rus  dili  ilə  əvəzlənməsi  və  rus-kiril  əlifbasına  keçid    bu 

məsələdə  mühüm  rol  oynadı.    Leninin  dili  olan  rus  dili  bir 

tərəfdən  ortaq  türk  dilinin  ayrı-ayrı  ləhcələr  şəklində 

formalaşmasına,  digər  tərəfdən  həmin  ləhcələrin  də 

ruslaşdırılmasına-avropalaşdırılmasına səbəb oldu. 

Bütün bunların nəticəsidir ki, hazırda türksoylu dövlətlərin 

liderlərindən  tutmuş  alimlərinədək  hamısı  bir-birləri  ilə  rus 

dilində  təmas  yaradırlar.  Hələ  də,  kiril  əlifbasından  dövlət 

səviyyəsində  istifadə  edən türksoylu xalqlar  (qırğızlar, qazaxlar 

və b.) var. Bu fərqliliklər İslam dininə münasibətdə də bu və ya 

digər formada özünü büruzə verir.  

Yeri  gəlmişkən,  «Molla  Nəsrəddin»  jurnalında  çar 

Rusiyasında  və  Sovet  Rusiyasında  dərc  olunmuş  məqalələri 

toplanaraq  ensiklopedik  şəkildə  yenidən  nəşr  edilmişdir. 

Maraqlıdır,  «Molla  Nəsrəddin»  jurnalının  ifrat  islamçılığını  və 

türk  mədəniyyətinə  də  bir  qədər  aşağılayıcı  mövqeyini  yeni 

nəsilə çatdırmaq nə qədər vacibdir?! Xüsusilə, çar Rusiyasından 

fərqli  olaraq  SSRİ  dövründə  «Molla  Nəsrəddin»  jurnalı  açıq-

aşkar  dinsizliyi,  allahsızlığı,  antisilamçılığı  təbliğ  etmişdir  ki, 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin