məd Səid Ordubadi də bu dövrdə milli və dini məsələyə
münasibətdə, daha çox İslamı və İslam birliyini tənqid etmiş,
türklüyə isə müəyyən qədər meyil göstərmişdir [173, 5].
Ancaq 1910-1920-ci illərdə o, millilikdən də tamamilə
uzaqlaşaraq «Molla Nəsrəddin» və başqa qəzet-jurnallara
göndərdiyi məqalələrdə İslamla yanaşı, milli birliyi də sərt
şəkildə tənqid etməyə başlamışdır [173, 45].
Çar Rusiyası və Sovet Rusiyası dövründə M.A.Şahtaxtlı,
Ə.Qəmküsar, C.Məmmədquluzadəni, ümumiyyətlə əksər
«mollanəsrəddinçi»ləri ona görə qəbul edirdilər ki, onlar bir
tərəfdən İslama, digər tərəfdən «Osmanlı ləhscəsi» əsasında
ortaq türk dilinin hədəflənməsinə yönəlmiş ideyaya qarşı
çıxmışlar. Hər halda rus ideoloqları nə olursa- olsun «İslam
birliyi»ni parçalamaq, ortaq türk dilinin və mədəniyyətinin
yaranmamasına çalışırdılar. Bu işdə «şərqi-rus»çular və
«mollanəsrəddin»çilər (burada həmin mətbu orqanlarının əsas
ideya müəllifləri nəzərdə tutulur) heç də onların xeyrinə olan az
iş görmürdülər. Başqa sözlə, Hüseynzadə və Ağaoğludan fərqli
olaraq üzünü Türk-İslam-Şərq mədəniyyətinə deyil, Rus-
Avropa-Qərb
mədəniyyətinə tutan «şərqi-rus»çular və
«mollanəsrəddin»çilər rus ideoloqlarına lazım idilər. Fikrimizcə,
məhz bunun nəticəsidir ki, çar Rusiyası hakimiyyəti milli
|