www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
134
134
olmaqdan daha üstün tutmuşlar: «Çarizmlə mübarizədə onlar
(milli inqilabçılar – F.Ə.) inqilabi sosializmə tam sadiq olmasa
da, ən münasib müttəfiq kimi baxırdılar» [180, 26].
XX əsrin əvvəllərində, daha konkret desək 1900-1910-cu
illərdə müsəlman, indiki anlamda Azərbaycan sosial-demokrat
təşkilatının – «Hümmət»in yaranmasında və sosial-demokrat
prinsiplərinin təbliğində ən mühüm rolu milli inqilabçılardan
M.Ə.Rəsulzadə oynamışdı. Əgər Ə.Ağaoğlu, Ə.Hüseynzadə və
başqaları sosial-demokratizmə müəyyən qədər rəğbət bəsləməklə
kifayətlənirdilərsə, Rəsulzadə ilk dövrlərdə birmənalı şəkildə
marksizm cəbhəsində fəaliyyət göstərmişdi. Millətin mənafeyi,
rifahı, xoşbəxt gələcəyi naminə istənilən bir ideya ətrafında
birləşməyin zəruri olduğunu iddia edən M.Əminin fikrincə,
hazırkı şəraitdə bu sosial-demokrat ideyası əsasında da
mümkündür. Bu baxımdan Rəsulzadə materializmin bəzi müd-
dəalarının İslamla üst-üstə düşdüyünü, İslami prinsiplərlə
materializm arasında oxşarlıqlar olduğunu sübut etməyə çalışırdı.
Onun məqsədi müxtəlif əqidələrə – demokratiyaya, millətçiliyə
və İslama tapınanları islami sosializmdə birləşdirməyə nail
olmaq idi: «İslam bizə rahi-nicatdır - desəm eyni savabdayam.
Nə sosializmin, nə də demokratizmin ümdə əqidələri İslam ilə
müxalif deyil. Bəlkə şəryei-müqəddəsi-İslam qoyduğu
qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və
qeyrə sədəqələr vacibi-sünnəti materializm deyil də nədir?
Bərəkət cəmaətlikdədir. Ümur cümhuri-şura ilə görülməlidir -
kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar
edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki,
bu eyni insaniyyətdir» [185, 18-19]. Deməli, Rəsulzadə
marksistlərlə eyni cəbhədə olduğu zaman sübut etməyə
çalışmışdır ki, İslam dini nəinki sosial-demokratizmə ziddir,
|