MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə139/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   135   136   137   138   139   140   141   142   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

133 


nasiyonalizmə ilə deyil, sosializmə ilə əlaqəsi vardır» [109, 113-

114].  Bununla  da,  Ə.Hüseynzadə  belə  bir  qənaətə  gəlirdi  ki, 

zamanın  mədəni  cərəyanları  islamiyyətin  və  sosializmin  deyil, 

kapitalizm  və  nasiyonalizmin  ziddinədirlər:  «Kor  qalıb  bunu 

görməyən,  fəhm  və  idrak  etməyən  camaatlar  bu  cərəyanlara 

müqabilə etdikcə içdən çıxılmaz girdablara düşəcəkləri gün kimi 

aşikardır»  [109,  114].  Deməli,  Hüseynzadə  bu  məqaləsində 

nəinki  sosializmi  birmənalı  şəkildə  rədd  etmiş,  hətta 

nasiyonalizmlə müqayisədə beynəlmiləl mahiyyət daşıdığı üçün, 

onun islamçılıqla oxşarlığından belə bəhs etmişdi. Bu baxımdan, 

Ə.Hüseynzadə  Marksın  sosializm  ideyasına  deyil  [109,  127], 

onun  törəməsi  olan  marksizm-leninzmə,  yəni  rus  bolşevizminə 

qarşı olmuşdur. 

XX  əsrin  əvvəllərində,  xüsusilə  1900-1910-cu  illərdə 

Azərbaycan türk ziyalıları arasında islamçılar və milli liberallarla 

yanaşı,  rus  bolşeviklərinə  yaxın  olan  milli  sosial-demokratlar  – 

milli  inqilabçılar  (M.Ə.Rəsulzadə  və  b.)  da  olmuşdur. 

M.B.Məmmədzadəyə  görə,  milli  ilberallar  və  milli  inqilabçılar 

taktiki  gediş  baxımından  fərqli  yollar  tutsalar  da,  XIX  əsrin 

ziyalıları  tərəfindən  elan  edilmiş  millətçilik  prinsiplərinə 

sədaqətdə  ortaq  olublar  [154,  19].  Ancaq  ümumilikdə,  Mirzə 

Bala  milli  inqilabçıların  və  milli  liberalların  prinsip  etibarilə 

müstəqil olmadıqlarını, rus bolşevikləri və rus liberalları ilə bağlı 

olduqlarını  vurğulamışdı.  Onun  fikrincə,  yalnız  1910-cu  illərdə 

onların  əksəriyyəti  bir  araya  gələrək  Azərbaycan  türklərinin 

müstəqil ideya cərəyanı olan müsavatçılığın – Azərbaycan milli 

ideyasının  təməlini  qoymuşlar  [154,  36].  M.Ə.Rəsulzadənin  öz 

sözləri  ilə  desək,  bu  dövrdə  milli  inqilabçılar  vətənlərini  işğal 

edən  çar  Rusiyasına  qarşı  mübarizədə  rus  sosial-demokratlarla 

bir  yerdə olmağı, digər cərəyanlarla (liberallar, islamçılar və b.) 





Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin