www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
125
«Beynəlmiləlçi»liyin təsiri altında olduğu dövrdə də
Saibirin milli ruhlu ruhlu şeirlər yazmasının, Axundzadəni deyil
H.Zərdabini «mənəvi atamız» [196, 169] adlandırmasının
nəticəsidir ki, onun «beynəlmiləlişməsi» prosesi tam olaraq rus-
avropa
ideoloqlarını
qane
etməmişdir.
Hətta,
bunu
Məmmədquluzadə də etiraf etmişdir ki, Sabir müəyyən mənada
onların istəklərinə uyğun şeirlər yazsa da, bütövlükdə
beynəlmiləlçi, inqilabçı şair ola bilməmişdir. Görünür, bunu
nəzərə alaraq sovet dövründə C.Məmmədquluzadə yazırdı ki,
Qəmküsar «fikir açıqlığı və dini mövhumata qarşı şiddətli tənqid
və çıxışları ilə hətta Sabiri də qabaqlamışdı» [148, 287]. Çünki
1917-ci il fevral inqilabı nəticəsində çar rejiminin məhv
olmasından sevinənlərə üzünü tutub Qəmküsar yazırdı ki,
istibdadi-cismaninin yıxılmasından sonra siyasi, söz, mətbuat və
b. azadlıqların yaranması ilə iş bitmir. Onun fikrinə görə, vaxt
varkən istibdadi-ruhanini də yıxıb, yaxanı qurtarmaq lazımdır:
«Yoxsa, istibdad istibdaddır. O olmasın, bu olsun» [135, 147].
Halbuki Sabir heç vaxt Şahtaxtlı, Məmmədquluzadə və
Qəmküsar kimi İslam dininə bu cür yanşamamışdır. Bu mənada,
Sabirin ümumi ruhu «beynəlmiləlçilik»dən çox milli-dini
ideyalarla bağlı olmuşdur. Ancaq bəzi şeirlərində ifrata varması,
üstəlik sovet ideoloqlarının onunla bağlı bu istiqamətdə təbliğat
aparması Sabirin milli-dini ruhunu kölgədə qoymuşdur.
Fikrimizcə, həmin dövrdə «Molla Nəsrəddin»in mövqe-
yini dəstəkləyənlər arasında Ə. Haqverdiyev, M.S.Ordubadi də
olmuşdur. «Xortdanın cəhənnəm məktubları» əsərində
dolayısıyla da olsa, dini tənqid edən Əbdürrəhim Haqverdiyev
İslam dinində qeyd olunan cəhənnəmin əslində bu dünyada
olduğunu göstərməyə çalışmış [98, 26], bütövlükdə Rus-Avropa-
Qərb mədəniyyətinin təsiri altında olmuşdur. Bunu, müəyyən
|