MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə127/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   123   124   125   126   127   128   129   130   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

122 



122 

və  istismara  məruz  qalanların  hamısı  fəhlədir.  Burada  milli  və 

dini inanclara toxunulmur. Burada əsas məsələ fəhlənin insanlıq 

qürurunun tapdalanmasıdır ki, Sabir onları buna qarşı çıxmağı və 

haqlarına nail olmaq üçün mübarizəyə səsləyir.  

Ancaq «müsəlman» anlayışında yalnız insanlıq deyil, həm 

dini,  həm  də  həmin  coğrafiyada  yaşayan  türk  millətinin  milli 

kimlik  qüruru  var.  Özü  də  bu  müsəlman  19-cu  əsrdə  meydana 

çıxan fəhlə sinfi deyil, onun böyük bir tarixi və mədəniyyəti var. 

Bu mənada, «müsəlman» və «fəhlə»nin tənqidi eyni formada ola 

bilməz.  Başqa  sözlə,  fəhlədə  və  müsəlmanda  oyadılacaq  qürur 

hissinin  insanlıq  və  yırtıcı  heyvanla,  xortdanla  müqayisəsi  çox 

düşündürücüdür. 100 il əvvəl olduğu kimi bu günün özündə və 

gələcəkdə  də  də  haqları  əlindən  alınmış  fəhləyə  eyni  sözləri 

demək, bu cür formada mübarizəyə səsləmək olar. Ancaq müsəl-

manlarla  bağlı  ümumilişədirilərək  bu  cür  sözlər  demək  100  il 

bundan əvvəl olduğu kimi, indi də yanlış olardı. Çünki «müsəl-

man» demək yalnız müsəlmanlığı qəbul etmiş insanlar anlamını 

ifadə  etmir,  «müsəlman»  həm  də  bir  dinin  adıdır.  Yəni  İslam 

dinini  qəbul  etmiş  müsəlman,  eyni  zamanda  onun  rəmzidir. 

Bəlkə  də,  hardasa  fəhləni  «axmaq  kişi»  adlandırmağa  haqq 

qazanırmaq olar, ancaq yırtıcı heyvanın, xotdanın, cinin, «xarici 

mülkündə də hətta gəzib, çox tühaf insan»ın müsəlmandan üstün 

olmasına yox.     

Sabirin  «müsəlman»  kimliyi  ilə  yanaşı,  türklüyü  ifadə 

edən  «qafqazlı»  kimliyinə  münasibətdə  də  radikallığa  yol 

vermişdi:  «Əqrəb  kimi  neştər  gücü  var  dırnağımızda,  İslam 

sussuz olsa, su yox bardağımızda,  Hər küncdə  min tülkü yatıb 

çardağımızda,  Min  hiylə  qurub,  rütbəvi  ikram  alarız  biz, 

Qafqazlılarız, yol kəsiriz, nam alarız biz! [197, 113]. Fikrimizcə, 

şair  həmin  dövrdə  müsəlmanların-qafqazlıların  (türklərin) 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin