MahirəNərimanqızı



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə123/614
tarix28.12.2021
ölçüsü3,32 Mb.
#17080
1   ...   119   120   121   122   123   124   125   126   ...   614
www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

118 



118 

məclisinə və bir ovqat yalandan məsciddə  görsənim və sonra 

orada-burada  səs  buraxım  ki,  Məhəmməd  Əmin  Rəsulzadə 

istəyir  yeddi  cüzini  çıxardıb  atsın»  [106,  216].  Deməli, 

C.Məmmədquluzadə  bu  dövrdə  anlamışdır  ki,  millətin  nicatı 

onun  öz  əlindədir  və  bunu  həyata  keçirmək  üçün  millətin 

həqiqi  rəhbərə  ehtiyacı  var.    Dövründə  belə  bir  rəhbərin 

Rəsulzadənin  olmasına  şübhə  etməyən  C.Məmmədquluzadə 

müsəlmanları-türkləri  onu  ləkələməyə  deyil,  əksinə  müdafiə 

etməyə çağırmışdı. 

C.Məmmədquluzadə  1917-ci  ildə  qələmə  aldığı  «Azər-

baycan»  məqaləsində  də  açıq  şəkildə  Azərbaycan  türkçülüyü 

ideyasını  müdafiə  etmişdir.  O  artıq  yazırdı  ki,  vətəninin  adı 

Azərbaycan, millətinin və dilinin adı isə türkdür [149, 4]. Bizə 

elə gəlir ki, milli-demokratik ideyaya rəğbətin davamı olaraq 

o,  «Anamın  kitabı»  (1920)  pyesində  həmvətənlərinə  milli 

qürur, vətənpərvərlik hissi oyatmağa çalışmışdır. Bu əsərində 

C.Məmmədquluzadə  Azərbaycan  türk  ailəsində  böyümüş  üç 

qardaşın  Rusiya,  İran  və  Osmanlı  Türkiyəsi  tərbiyəsi  altında 

milli  köklərindən,  milli  adət-ənənələrindən,  milli  dilindən 

uzaq  düşməsinin,  yəni  ruspərəst,  iranpərəst  və  osmanlıpərəst 

olmalarının  səbəblərini  göstərmişdir.  Maraqlıdır  ki,  qardaşlar 

milli  köklərindən  uzaq  düşsələr  də,  çar  senzoru  onları  min  il 

yuxuda  olan  camaatı  hökumət  əleyhinə  birləşidirb,  müstəqil 

Azərbaycan  hökuməti  əmələ  gətirməkdə  şübhəli  bilir  [146, 

462].  Əsərin  sonunda  Gülbaharın  qardaşlarının  Rusiya,  İran 

və  Osmanlıya  aid  kitablarını  yandıraraq,  «anamın  kitabı»  - 

«milli  kitabı»  saxlamasında  milli  özünüdərkə,  müstəqil  və 

milli  Azərbaycan dövlətinin  qorunmasına bir çağrış  var  [146, 

475].  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   614




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin