www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
115
əsassız olaraq bəylə kəndli, varlı ilə yoxsul arasında fərq
qoymur və onları eyni zümrənin nümayəndəsi kimi qələmə
verir [147, 76]. Bu baxımdan o, 1911-ci ildə yazsa da ki,
««Molla Nəsrəddin»in məqsədi nə dinə sataşmaqdır, nə də
təzə bir məzhəb icad eləməkdir» [147, 512], ancaq SSRİ
dövründə məhz istəyinin bu yönlü olmasını etiraf etmişdir
[148, 288]. Cəlil bəy onu da etiraf etmişdir ki, Ə.Ağaoğlu və
Ə.Hüseynzadəni də məhz İslamı və müsəlmançılığı müdafiə
etdiklərinə görə qəbul etməmişdir. Çünki o, milli ideoloqların
əksinə olaraq hesab etmişdir ki, müsəlman xalqların uzun
əsrlər fəlakət və cəhalətdən qurtara bilməmələrinin yeganə
baiskarı İslamdır [148, 63].
Fikimizcə, bütövlükdə İslam-Türk-Şərq mədəniyyətinə
inamsızlığın,
bunun
əvəzində
Rus-Avropa-Qərb
mədəniyyətinə bağlılığın nəticəsi idi ki, C.Məmmədquluzadə
yalnız islamçılıqdan çıxış edən Ə.Ağaoğlunu deyil, «osmanlı
türkçülüyü» əsasında ortaq türk ədəbiyyatı, türk dili
yaratmağa çalışan Ə.Hüseynzadəni də tənqid etmişdir [147,
396-397, 519]. Buna görə də, Cəlil bəyin çağdaşlarından
Haşım bəy Vəzirov «mollanəsrəddinçi»ləri yerli-yersiz
müsəlman millətçilərinə (Ə.Ağaoğlu və b.), müsəlman
mülkədarlarına (H.Tağıyev və b.) sataşmaqda ittiham etməkdə
haqlı idi [28, 231].
C.Məmmədquluzalənin «İslam birliyi» və «osmanlı
türkçülüyü»nü tənqidi SSRİ ədəbiyyatında onun «inqilabçı-
demokrat» olması və marksizmə yaxınlığı kimi izah
olunmuşdur. Sovet dövründə Mehbalı Qasımov yazırdı ki,
«mollanəsrəddinçi»lər başda C.Məmmədquluzadə olmaqla
«mülkədar istismarını ifşa edir, ruhaniləri ələ salır və burjua
millətçilərinə – panislamistlərə və pantürkistlərə qarşı kəskin
|